İDMAN


İkinci Avropa Oyunlarının açılış mərasimində yayımla bağlı hazırlıq müzakirə edilib

Bakı, 7 mart, AZƏRTAC

İkinci Avropa Oyunlarının daxili yayımçısı olan İspaniyanın ISB şirkətinin nümayəndə heyəti Minskə səfər edib.

AZƏRTAC ikinci Avropa Oyunlarının saytına istinadla xəbər verir ki, səfərin məqsədi “Dinamo” stadionunda keçiriləcək rəsmi açılış mərasimində yayım məsələlərinin müzakirəsi olub.

Səfər çərçivəsində Oyunların açılış mərasiminə hazırlıqla bağlı vəziyyət öyrənilib, bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin Oyunlar zamanı televiziya verilişlərinin təşkili ilə bağlı brifinq təşkil edilib, televiziya hüquqlarının satışı məsələləri, yayımın detalları və müvafiq infrastruktur obyektlərinin hazırlığı müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.