İDMAN


İkinci Avropa Oyunlarının rəsmi mobil proqramı təqdim edilib

Bakı, 8 fevral, AZƏRTAC

İkinci Avropa Oyunlarının Yüksək Texnologiyalar Parkının rezidenti tərəfindən yaradılan rəsmi mobil proqramın təqdimatı olub.

AZƏRTAC “Minsk 2019”un rəsmi saytına istinadla xəbər verir ki, idman azarkeşləri proqram vasitəsilə ən son məlumatları operativ və rahat şəkildə əldə edə biləcəklər. Proqramın yaradıcısı “Synesis” idman kompaniyasıdır.

“Minsk 2019” proqramı Android və iOS platformalarında işləyir. Onun başlıca üstünlükləri internet bağlantısı olmadığı halda belə oyun və infrastruktur haqqında əsas məlumatları əldə etməyin mümkünlüyüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.