İDMAN


İkinci Avropa və Dünya Çimərlik oyunlarına vəsiqə qazanmış karateçilərimiz müəyyənləşib

Bakı, 11 aprel, AZƏRTAC

Belarusun paytaxtı Minskdə keçiriləcək ikinci Avropa Oyunlarına və ABŞ-ın San-Dieqo şəhərində təşkil ediləcək Dünya Çimərlik Oyunlarına vəsiqə qazanan Azərbaycan karateçilərinin adları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, iyunun 21-dən 30-dək 50 ölkədən 4 mindən çox atletin 15 idman növü üzrə mübarizə aparacağı ikinci Avropa Oyunlarında 6 karateçimiz iştirak edəcək. Kumite yarışlarında Azərbaycanı Firdovsi Fərzəliyev (60 kq), Rafael Ağayev (+75 kq), Asiman Qurbanlı (+84 kq), eləcə də Nuranə Əliyeva (50 kq) və İrina Zaretska (68 kq) təmsil edəcəklər. Kata yarışlarında isə Roman Heydərli mübarizə aparacaq.

Qeyd edək ki, karateçilərimiz İspaniyada keçirilmiş sonuncu qitə çempionatında qazandıqları reytinq xalları ilə Avropa Oyunlarında iştirak hüququ əldə ediblər. İkinci Avropa Oyunlarının karate yarışları iyunun 29-30-da Minskdəki “Çijovka Arena”da keçiriləcək.

Sonuncu Avropa çempionatının bürünc mükafatçısı Roman Heydərovun nəticəsi ona Dünya Çimərlik Oyunlarında da ölkəmizi təmsil etmək şansı qazandırıb. Oktyabrın 9-15-də San-Dieqoda keçiriləcək Dünya Çimərlik Oyunlarının karate yarışları həmin ayın 10-11-də təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.