İDMAN


İkinci Avtoidman Oyunlarına Fransa ev sahibliyi edəcək

Bakı, 29 yanvar, AZƏRTAC

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) təşkilatçılığı ilə ikinci Avtoidman Oyunları Fransada təşkil olunacaq.

AZƏRTAC FIA-ya istinadla xəbər verir ki, oktyabrın 23-dən 25-dək Marsel şəhərindəki Pol-Rikar trasında keçiriləcək Oyunlarda GT, turinq, Formula 4, drift, kartinqin slalom növü və virtual yürüş üzrə yarışlar təşkil olunacaq.

İlk Avtoidman Oyunlarına ötən ilin noyabrında İtaliya ev sahibliyi edib. Romanın yaxınlığındakı Vallelunqa trasında baş tutan yarışlarda Rusiya komanda hesabında birinci olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.