İQTİSADİYYAT


İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir

Bakı, 22 oktyabr, AZƏRTAC

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində keçirilən İkinci “Bakı Elektron Ticarət Forumu (BEF – 2019)” bu gün İnnovasiyalar Agentliyində davam edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirliyin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, Avropa İttifaqının təşkilatçılığı, “PAŞA Bank”ın tərəfdaşlığı ilə baş tutan forumun ikinci günündə iştirakçılara e-ticarətdə biznes modelləri, kibertəhlükəsizlik və məlumatların mühafizəsi, bazar davranışı və tendensiyaları mövzularında master-klas keçirilib. Məqsəd e-ticarətlə məşğul olanlar və bu işə yeni başlayanlar üçün ekspert təlimləri keçmək, onları maarifləndirməkdir.

Təlimçi heyətinə biznes analitikası üzrə mütəxəssislər – Kəramət Hacıyev, Rəşad İbrahimov, Vüqar Cəfərov, kibertəhlükəsizlik, vergi və hüquq üzrə mütəxəssis Fərid İsayev daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.