İQTİSADİYYAT
İkinci Bakı Şopinq Festivalı ilə əlaqədar banklar gücləndirilmiş iş rejiminə keçəcək
Bakı, 14 oktyabr, AZƏRTAC
İkinci Bakı Şopinq Festivalı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə oktyabrın 15-dən etibarən 24 bankın 58 filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, festival dövründə ölkə vətəndaşları və qonaqların valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digərləri isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərəcək.
Festivalla əlaqədar olaraq, həmçinin MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə əlaqədar ölkə vətəndaşları və qonaqlar MBNP-na müraciət edə bilərlər:
Əlaqələndirici şəxs: Vüsal Həsənov
Email: vü[email protected]
Tel: (+994) 12 493 50-58 (daxili 429)
Mob: (+994) 55 294 00 05
Festival zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələrinin siyahısı MBNP-nin rəsmi internet səhifəsində yerləşdirilib.