SİYASƏT


İkinci Dünya müharibəsi zamanı Belçika ərazisində həlak olmuş həmvətənlərimizin xatirəsi yad olunub

Bakı, 8 may, AZƏRTAC

İkinci Dünya müharibəsi zamanı Belçika ərazisində həlak olmuş həmvətənlərimizin xatirəsi Brüssel şəhərində Azərbaycanın diplomatik və hərbi nümayəndələri tərəfindən yad edilib.

9 May faşizm üzərində Qələbə Günü münasibətilə II Dünya müharibəsi dövründə Belçika ərazisində həlak olanların xatirəsinə Brüssel şəhərinin Evere bələdiyyəsinin məzarlığında ucaldılmış abidə Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyinin əməkdaşları və NATO yanında Azərbaycan Silahlı Qüvvələrinin hərbi nümayəndələri tərəfindən ziyarət olunub.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Belçika ərazisində həlak olmuş həmvətənlərimizin xatirəsi onların məzarları önünə gül çələngləri qoyulmaqla anılıb.

Belçikada kütləvi toplantıların qadağan olunması səbəbindən ilk dəfə olaraq tədbir may ayının 8-də Belçikada akkreditə olunmuş digər ölkələrin diplomatik heyətindən ayrı olaraq keçirilib.

Faşizm üzərində qələbə gününə simvolik olaraq 8 may tarixindən başlayaraq, həm Dünya müharibəsi, həm də Azərbaycanın Vətən müharibəsində qalib gələn azərbaycanlıların əziz xatirəsi ehtiramla yad olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.