REGİONLAR
İkinci Dünya müharibəsində 2417 nəfər tərtərli iştirak edib
Tərtər, 9 may, AZƏRTAC
İkinci Dünya müharibəsində 2417 nəfər tərtərli alman faşizminə qarşı igidliklə döyüşüb, onlardan 1079 nəfəri həlak olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri 1941-1945-ci illər müharibəsində həlak olmuş həmvətənlərimizin xatirəsinə ucaldılan abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra “Şəhidlər” abidə-kompleksi ziyarət olunub, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsi yad edilib.
Həmin gün Qarabağ müharibəsi veteranları və qazilərlə görüş keçirilib. Müharibə veteranları və qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.