MƏDƏNİYYƏT


İkinci Göytürk Xaqanlığının qurucusu İltəriş Kutluq Xaqana aid olduğu düşünülən daş kitabənin təqdimatı olacaq

Bakı, 1 oktyabr, AZƏRTAC

Beynəlxalq Türk Akademiyasının Monqolustanda həyata keçirdiyi arxeoloji tədqiqatlar nəticəsində aşkar olunan İkinci Göytürk Xaqanlığının qurucusu İltəriş Kutluq Xaqana aid olduğu düşünülən abidə kompleksi və daş kitabənin oktyabrın 4-də Bakı Dövlət Universitetində təqdimatı və fotosərgisi təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, daş kitabənin özəlliyi “Türk” adının türkdilli tarixi qaynaqlarda qeydə alındığı ilk mənbə olmasıdır.

Digər önəmli məqam kitabənin ötən əsrin sonlarında Orxon abidələrinin (Bilgə Xaqan, Kültegin, Tonyukuk) Qərb mütəxəssisləri tərəfindən kəşfi və tədqiqindən 130 il sonra Türk Akademiyasının alimləri tərəfindən kəşf edilməsi və oxunmasıdır.

Abidənin kəşfi türk yazı tarixi və əlifbasının düşünüləndən daha qədim olduğunu isbat edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.