REGİONLAR


İkinci Qarabağ müharibəsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılıb

Beyləqan, 25 iyun, AZƏRTAC

İkinci Qarabağ müharibəsi nəinki Azərbaycanın, eləcə də, dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Düşmənin cəbhədəki təxribatlarının qarşısını alan Azərbaycan Silahlı Qüvvələri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı əks-hücum əməliyyatına başlayaraq, uzun illər gözlədiyimiz şanlı qələbəni xalqımıza yaşatdı.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş “Zəfər salnaməsi yazan ordum” adlı elmi-praktik konfransda səsləndirilib. Müharibə əlilləri, veteranlar, mətbuat nümayəndələri, ağsaqqallar, mədəniyyət və təhsil işçilərinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Azərbaycan Ordusunun yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin ordu quruculuğundakı xidmətlərindən, son illərdə bu istiqamətdə qazanılan uğurlardan, 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsindən bəhs ediblər.

Tədbir konsert proqramı ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.