SİYASƏT


İkinci Xəzər İqtisadi Forumu 2021-ci ildə Moskvada keçiriləcək

Moskva, 9 sentyabr AZƏRTAC 

İkinci Xəzər İqtisadi Forumu 2021-ci ildə Moskvada keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Qazaxıstanın XİN başçısı Muxtar Tleuberdi ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

O deyib: “Eyni zamanda biz Altıncı Xəzər Sammitinə hazırlıq işləri aparırıq. Bu tədbir, bu zirvə görüşü üçün çox sanballı sənədlər paketi hazırlanır”.

S.Lavrov vurğulayıb ki, Rusiya və Qazaxıstan “Xəzər beşliyi” tərkibində qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinin davam edilməsi zərurətinə aid məsələdə vahid mövqe tuturlar. Nazirin fikrincə, regionda təhlükəsizliyin, nəqliyyat əlaqəsinin, ətraf mühitin qorunması, turizmin inkişafı, elmi əlaqələrin təmin edilməsinə görə əsas məsuliyyət Xəzəryanı region ölkələrinin (Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) üzərinə düşür.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.