MƏDƏNİYYƏT


“İkinci ömür” adlı yeni bədii film çəkilir

Bakı, 27 noyabr, AZƏRTAC

“SSP Production” və “Alioğlu Media Group”un dəstəyi ilə “İkinci ömür” adlı yeni bədii filmin çəkilişlərinə başlanılıb.

Bu barədə AZƏRTAC-a məlumat verən filmin ssenari müəllifi Cəlaləddin Qasımov bildirib ki, filmin çəkilişləri Gəncə, Şəmkir və Bakıda, əksər hissəsi isə Tovuz rayonunda, yaşayış məkanlarından uzaqda yerləşən dağlarda aparılır.

Filmin quruluşçu rejissorları Amil Əlioğlu, Cəlaləddin Qasımov, quruluşçu operatoru Murad Nəzərli, səs rejissoru Aleksandra İsmayılova, rejissor assistenti Bahar Babazadədir. Filmdə Əjdər Zeynalov, Flora Hüseynova, Sabir Məmmədov, Rövşən Məmmədov və Amil Əlioğlu çəkilir.

“İkinci ömür” bədii filmi iqlim dəyişikliklərindən, ekologiyanın pozulmasından, saxta qidalar səbəbindən xəstəliklərin artıb yayılmasından bəhs edir.

Filmdə baş verən hadisələr real həyatdan götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.