ELM VƏ TƏHSİL


İkinci qrup üzrə ixtisas seçimi müsabiqəsində 12 min 232 plan yeri nəzərdə tutulur

Bakı, 10 avqust, AZƏRTAC

2022/2023-cü tədris ili üçün respublika ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat II ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada yer alıb. Bildirilib ki, 2022/2023-cü tədris ili üçün respublika ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 9415, rus bölməsi üzrə 620 olmaqla cəmi 12 min 232 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2197 yerdir. 4040 yer üzrə qəbul dövlət sifarişi əsasında aparılır.

Qeyd edək ki, iqtisadiyyat ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 13 yerin və menecment ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 12 yerin müsabiqəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.

Xatırladaq ki, hər bir ixtisas üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin sayı və dövlət sifarişinin yerinə yetirilməsində iştirak edən ali təhsil müəssisələrinin siyahısı və ayrı-ayrı ixtisasların ali məktəblər üzrə plan yerlərinin sayı, onların kodları, təhsil formaları (əyani, qiyabi) və təhsil haqqının məbləği “Abituriyent” jurnalının 2022-ci il 4-cü nömrəsində dərc olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.