İQTİSADİYYAT


İkinci rübdə Azərbaycanda 9 milyon tondan çox neft, 8 milyard kubmetrdən artıq qaz hasil olunub

Bakı, 17 iyul, AZƏRTAC 

Bu ilin ikinci rübündə Azərbaycanın digər hasilatçı şirkətləri daxil olmaqla, ölkə üzrə ümumilikdə 9 milyon tondan artıq neft, 8 milyard kubmetrdən çox qaz hasil edilib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, hesabat dövründə ölkədən 2,4 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Cənub Qaz Dəhlizinin işə düşməsi ilə əlaqədar təbii qazın ixracında müşahidə edilən artım ötən ilin müvafiq dövrünə nisbətən təqribən 37 faiz olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.