İDMAN


İkiqat Paralimpiya çempionu İlham Zəkiyev Misirdə Qran-pri turnirinin qalibi olub

İkiqat Paralimpiya çempionu İlham Zəkiyev Misirdə Qran-pri turnirinin qalibi olub

Bakı, 14 mart, AZƏRTAC

Azərbaycan millisi Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran-pri turnirində növbəti qızıl medala sahib olub.

AZƏRTAC xəbər verir ki, turnirdə 90 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən ikiqat Paralimpiya çempionu İlham Zəkiyev bütün rəqiblərinə qalib gələrək yarışı birinci pillədə başa vurub.

Bu gün “Tokio-2020” Yay Paralimpiya Oyunlarının qalibi Xanım Hüseynova (70 kq) da qızıl medal əldə edib.

Daha sonra Dürsədəf Kərimova (+70 kq) bürünc medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, ötən gün Namiq Abaslı (73 kq) mötəbər turnirin qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.