İDMAN


İkiqat Paralimpiya çempionumuz İlham Zəkiyev beynəlxalq turnirə qələbə ilə başlayıb

Bakı, 14 may, AZƏRTAC

İkiqat Paralimpiya çempionumuz İlham Zəkiyev Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarına qələbə ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, turnirdə 100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən paracüdoçumuz yaponiyalı Kento Masakiyə ipponla qalib gələrək yarımfinala yüksəlib.

Paracüdoçumuz ilk mərhələdən azad olub və yarışa dörddəbir finaldan start verib.

Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışda 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparır. Turnirdə ölkəmizi 21 cüdoçu təmsil edir. Kişilərin yarışında 11, qadınların mübarizəsində isə 10 idmançımız tatamiyə çıxacaq.

Turnirin ilk günündə Azərbaycan millisi 3 qızıl, 3 gümüş və 3 bürünc medala sahib olub.

Qran-Pri "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.

Qeyd edək ki, AZƏRTAC paracüdo üzrə Qran-Prinin media tərəfdaşıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.