İDMAN


İkiqat paralimpiya çempionu Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransında çıxış edib

Bakı, 14 iyun, AZƏRTAC

Azərbaycan Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, ikiqat paralimpiya çempionu İlham Zəkiyev Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransında çıxış edib.

Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, İlham Zəkiyev tədbirdəki çıxışında Azərbaycanda Paralimpiya hərəkatı haqqında geniş bəhs edib, ölkəmizdə dövlətin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanla yanaşı, bütün sahələrin inkişaf etdiyini bildirib.

Paralimpiya çempionu tədbirdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq, torpaqlarımızın bir hissəsinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunduğunu söyləyib. İlham Zəkiyev qeyd edib ki, sağlamlıq imkanlarını doğma torpağımız uğrunda, Qarabağ döyüşlərində itirib.

Sonda İlham Zəkiyevə Azərbaycan Gömrük Komitəsinin xatirə hədiyyəsi təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.