İQTİSADİYYAT


İkiqat vergitutmanın aradan qaldırılması sazişləri üzrə mütərəqqi texnologiyaların tətbiqinə başlanılıb

Bakı, 8 avqust, AZƏRTAC 

Azərbaycanın beynəlxalq reytinqlərdə və hesabatlarda mövqeyinin yaxşılaşmasına təsir göstərən mühüm amillərdən biri - ikiqat vergitutmanın aradan qaldırılması sazişləri üzrə ən mütərəqqi texnologiyaların tətbiqinə başlanılıb.

AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, Azərbaycan ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı qaydaları da sadələşdirilib. Bu sahədə aparılan islahatlar sayəsində ikiqat vergitutmanın aradan qaldırılması sazişləri elektronlaşdırılıb, sənəd formaları sadələşdirilərək sayı azaldılıb, elektron müraciət etmək imkanı yaradılıb, kağız dövriyyəsi minimuma endirilib.

İslahatların mühüm istiqamətlərindən biri də Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza, o cümlədən “ASAN imza” sertifikatının verilməsidir. Artıq həmin sertifikatlar xarici ölkələrlə qarşılıqlı şəkildə tanınır.

Bu çərçivədə atılan addımlar vergiödəyicilərinin xərclərinin optimallaşdırılmasına və biznesin təşviqinə xidmət edir, xarici biznes tərəfdaşları arasında sənədlərin elektron formada tərtibinə və imzalanmasına, elektron məlumat mübadiləsinə, transsərhəd elektron xidmətlərinin həyata keçirilməsinə, əcnəbi investorlar üzrə vergi və inzibati xərclərin azalmasına imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.