MƏDƏNİYYƏT


“İl Tabarro” operası maraqla qarşılanıb

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin ən populyar əsərlərindən biri “İl Tabarro” operası nümayiş olunub.

Teatrın mətbuat xidmətidən AZƏRTAC-a bildirilib ki, səhnə əsərində əsas rollarda Əməkdar artistlər Afaq Abbasova, Fərid Əliyev, Cahangir Qurbanov, Əliəhməd İbrahimov, Tural Ağasıyev, solistlər Nina Makarova və Tələt Hüseynov çıxış ediblər.

Tamaşanın musiqi rəhbəri və dirijoru Korneliya fon Kerssenbrokdur.

Qeyd edək ki, ilk təqdimatı 1918-ci il dekabrın 14-də Nyu-Yorkun Metropoliten-Opera Teatrında reallaşan səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2014-cü ildə almaniyalı rejissor Lüdviq Baumanın quruluşunda səhnəyə qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.