CƏMİYYƏT


İl ərzində 445 milyon balıq körpəsinin yetişdirilərək su hövzələrinə buraxılması nəzərdə tutulub

Bakı, 23 fevral, G.Mahmudlu, AZƏRTAC

Cari il ərzində, ümumilikdə, 445 milyon müxtəlif növ balıq körpələrinin yetişdirilərək respublikanın təbii su hövzələrinə buraxılması nəzərdə tutulub. Bunların 425 milyonunu çəkikimilər, 20 milyonunu nərəkimilər, 185 minini isə qızılbalıqların təşkil etməsi gözlənilir. Bu il ilk olaraq aprel ayında qızılbalıq buraxılışı olacaq.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin su hövzələrində bioresursların artırılması sektorunun müdiri Fəridə Ələkbərova məxsusi müsahibəsində məlumat verib.

F.Ələkbərova bildirib ki, bölgə balığı ilə əlaqədar nərə balıqartırma müəssisələrinin təmir-törədici fondunda törədici bölgə balıqları mövcuddur. Bu balıqların yetkinlik dərəcəsi mart-aprel ayında suyun temperaturu ən azı 15 dərəcə olduqda müəyyən olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.