CƏMİYYƏT


İl ərzində dərman zəhərlənmələri ilə əlaqədar 118 müraciət olub

Bakı, 16 noyabr, AZƏRTAC

Bu il ərzində ilansancma ilə əlaqədar 106 zərərçəkən, o cümlədən 14 uşaq müraciət edib və onların hamısı müalicə edilərək evə göndərilib.

Bu barədə Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov AZƏRTAC-a müsahibəsində bildirib.

Həkimin verdiyi məlumata görə, sarı əqrəb dişləməsi nəticəsində ilin əvvəlindən indiyədək 16 nəfər, göbələkdən zəhərlənmə ilə əlaqədar 6, dərman zəhərlənməsi ilə əlaqədar 118 nəfərin müraciəti daxil olub.

İl ərzində 67 nəfər spirtli içki, 49 nəfər kəskin allergik reaksiyalar, 72 nəfər dəm qazından zəhərlənmə nəticəsində 1 saylı Klinik Tibbi Mərkəzə müraciət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.