Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

İlahi saflığın və halallığın məkanı: Gəncə İmamzadə Ziyarətgahı VİDEO

Gəncə, 7 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Zəngin və çoxəsrlik tarixə malik Gəncənin ən qədim dini-tarixi abidələrindən olan İmamzadə ziyarətgahı İslam dünyasının mühüm dini-ideoloji mərkəzlərindən hesab olunur.

Bu müqəddəs ziyarətgah müasir Gəncə şəhərindən 7 kilometr aralıda qədim Gəncənin xarabalıqları yaxınlığında, Gəncəçayın sağ sahilində yerləşir. İmamzadə və yaxud “Göy İmam” Məhəmməd peyğəmbərin nəticəsi, beşinci şiə imamı Məhəmməd Bağırın və Ümmü Həkim Səqəfinin oğlu İbrahimin dəfn olunduğu yerə deyilir. Elə İmamzadə sözünün mənşəyi də İmam oğlunun dəfn edildiyi məkan mənasını ifadə edir.

Gəncədə şahzadə İbrahimin qəbri üzərində ucaldılan türbənin daxili divarında mühüm tarixi faktın əks edildiyi yazılı kitabə aşkar olunub. Tarixçilər tərəfindən tədqiq olunan kitabə bu cür oxunur: “O, Allah əbədidir. Bu, İmam Məhəmməd Bağırın – ona salam olsun – oğlu mövlanə İbrahimin müqəddəs məkanı (yerləşmiş) şərəfli (cənnət) bağıdır. Öz babasının köçməsindən 120 il sonra vəfat etmişdir – Allahın ona salavatı olsun”. Məhz bu tarixi mənbənin elmi cəhətdən tədqiqi sayəsində türbənin 739-cu ildə vəfat edən imam övladının məzarı üzərində tikildiyi təsdiqlənib.

Bununla yanaşı, məzarın üzərində və ətrafında müxtəlif vaxtlarda, ayrı-ayrı şəxslər tərəfindən yenidənqurma, təmir, tikinti və bərpa işləri aparılıb.

Beləliklə, şahzadə İbrahimin qəbri üzərində inşa edilən türbə XIV-XV əsrlərdə genişləndirilib, ətrafında isə XVII-XIX əsrlərdə türbə, məscid, təkyə, alaqapı və digər köməkçi tikililər inşa olunub.

Ziyarətgahın ən qiymətli tarixi abidəsi hündürlüyü 12 metr olan, düzbucaqlı plana malik İmamzadə türbəsidir. Şahzadə İbrahimin qəbri üzərində inşa edilən ikiyaruslu türbə silindrvarı kürsülüyə oturdulmuş kərpic örtüklü unikal günbəzlə tamamlanır. Günbəzin hündürlüyü 2,7 metr, diametri isə 4,4 metrdir. Türbənin xarici görünüşündə ən çox nəzəri cəlb edən əlvan rəngli kaşılarla bəzədilən yaraşıqlı günbəz və onun silindrik gövdəsidir. Günbəzin üz hissəsində əsasən mavi kaşılar işlədilib ki, bunlar da ümumi fon təşkil edir. Paxlava və başqa fiqurlu bəzəklər tünd bənövşəyi rəngdədir. Tək-tək yaşılvarı kaşılara da rast gəlmək olur. İmamzadənin “Göy İmam” adlanması da günbəzin üzərində işlədilən kaşılarla əlaqədardır.

Hazırda Azərbaycanda Gəncə şəhəri ilə yanaşı, Naxçıvanda və Bərdədə də İmamzadə türbələri mövcuddur. İslam dünyası üçün dini-ideoloji əhəmiyyət daşıyan bu cür imamzadələr İraqın Kərbəla və Nəcəf, İranın Təbriz və Məşhəd, Əfqanıstanın Məzari-Şərif şəhərlərində qorunub saxlanılmaqdadır.

Ölkəmizdə tarixi-mədəni irsin və milli mənəvi dəyərlərin qorunması istiqamətində görülən işlər çərçivəsində Gəncənin ən dəyərli maddi-mədəniyyət nümunələrindən olan və mühüm dini əhəmiyyət kəsb edən İmamzadə ziyarətgahının bərpası, ətraf ərazilərin abadlaşdırılması, habelə infrastrukturun yaradılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2010-2016-cı illərdə 8 Sərəncam imzalanıb.

Dövlətimizin başçısı Gəncəyə səfərləri zamanı bu müqəddəs məkanı ziyarət edib, İmamzadə kompleksinin şəhərin memarlıq ənənələrinə uyğun əsaslı şəkildə yenidən qurulması üçün tapşırıq və tövsiyələrini verib.

Hazırda İmamzadənin Cavad xanın əmri ilə tikilən tarixi giriş tağı saxlanılmaqla yanaşı, ziyarətgahın şərq hissəsindən girişində bişmiş qırmızı kərpicdən, ənənəvi Gəncə hörgüsü üslubunda 600 kvadratmetrlik ərazidə yeni giriş tağı inşa olunub. Giriş tağının tavanı İslam memarlığına xas kaşılarla zərif nəbati naxışlarla bəzədilib.

Abidənin yerləşdiyi 10 hektar ərazidə 36 kiçik və 5 böyük günbəzdən ibarət məscid, 2000 nəfərlik ehsangah, 200 kvadratmetr ərazisi olan qurbangah, 500 avtomobil yerləşən 2 dayanacaq və zəvvarların qalması üçün böyük mehmanxana binası inşa edilib.

İmamzadənin girişində iki zaldan ibarət Hüseyniyyə və Zeynəbiyyə adlanan və 500 nəfərin eyni vaxtda ibadəti üçün nəzərdə tutulan namazgah zalları tikilib. Şahzadə İbrahimin qəbri üzərində İslam dünyasında ən möhtəşəm İmamzadə hesab olunan, 40 metr hündürlüyündə üzəri günbəzlə tamamlanan, divarları kaşılarla işlənən, “Qurani-Kərim”dən ayələrlə və zərif nəbati ornamentlərlə bəzədilən türbə, tikilinin sağ və solunda isə şərəfə hissəsi təsküləyə bənzər iki minarə ucaldılıb.

İmamzadə kompleksinin ətrafında müasir işıqlandırma və suvarma sistemləri qurulub, 10 min kvadratmetrdən çox asfalt örtüyü salınıb. Türbənin ətrafı qırmızı kərpiclə və məhəccərlərlə hasara alınıb. Hasarlar kərpic hörgü elementləri ilə bəzədilib. Zəvvarların rahat hərəkətini təmin etmək üçün divar boyunca səki daşları düzülüb, kompleksin ətrafında yaşıllıq zolağı salınıb, ətraf ərazidə müxtəlif gül və çiçək kolları əkilib. Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolu yenidən tikilməyə başlanıb.

Kompleksdə görülən işlər ölkəmizdə milli, maddi-mənəvi, dini-əxlaqi dəyərlərə və onların qorunmasına diqqət və qayğı ilə yanaşıldığını bir daha təsdiqləyir.

Bu gün Gəncə İmamzadə kompleksi ilahi saflığın və halallığın, eləcə də xeyirxah insanlara əbədi minnətdarlığın məkanı kimi yüzlərlə zəvvarın hər gün üz tutduğu müqəddəs ziyarətgahdır.

İlahi saflığın və halallığın məkanı: Gəncə İmamzadə Ziyarətgahı VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Narkotik vasitənin təsir altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdəddir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib