ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutu Azərbaycan Universitetləri Sərgisində təmsil olunub

Bakı, 24 fevral, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Azərbaycan Universitetləri Sərgisi-2020”də iştirak edib.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, institutun əməkdaşları sərgi iştirakçılarına ali təhsil müəssisəsinin fəaliyyəti, qəbul prosesinin təşkili, mövcud ixtisaslar, təqaüd proqramları, ödənişsiz təhsil imkanları, beynəlxalq əlaqələri, xarici universitetlərlə bağlanmış müqavilələr, institutda keçirilən tədbirlər, konfranslar, həmçinin əldə olunan nailiyyətlər haqqında geniş məlumat veriblər. Bildirilib ki, instituta qəbul olunan hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılan lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq. Tələbələr ödənişsiz geyim və dərsliklərlə təmin ediləcək, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaq və digər üstünlüklərə yiyələnəcək.

Sərgidə, eyni zamanda, ali təhsil müəssisəsinin fəaliyyətini əks etdirən Azərbaycan, ingilis, rus və ərəb dillərində broşür, buklet və kataloqlar, “Din araşdırmaları” jurnalı, “İlahiyyatçı” qəzeti, “İlahiyyat” jurnalı, konfrans materialları və “İlahiyyat nəşrləri” layihəsi çərçivəsində çap olunan ali məktəbin müəssisəsinin müəllimlərinin kitabları nümayiş etdirilib.

Xatırladaq ki, sərgi abituriyentlərin təhsil ocaqları ilə yaxından tanışlığına, ali məktəb seçiminə, gənclərin ali təhsil müəssisələrinin nümayəndələri ilə birbaşa ünsiyyətdə olmasına, onları maraqlandıran bütün suallara dəqiq cavab tapmasına kömək etmək məqsədilə təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.