ELM VƏ TƏHSİL
İlahiyyat İnstitutu “Bədii əsər oxuma müsabiqəsi” layihəsinə başlayıb
Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu tələbələrin dünyagörüşünün artırılması və maarifləndirilməsi üçün “Bədii əsər oxuma müsabiqəsi” layihəsinə start verib. Layihə çərçivəsində Azərbaycan və xarici ölkələr ədəbiyyatının görkəmli nümayəndələrinin seçmə əsərlərinin oxunması nəzərdə tutulur.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində “Bədii əsər oxuma (yerli ədəbiyyat)” və “Bədii əsər oxuma (xarici ədəbiyyat)” müsabiqələri keçiriləcək.
“Bədii əsər oxuma (yerli ədəbiyyat)” müsabiqəsi dekabrın 21-də olacaq. Layihədə İsa Hüseynovun “Məhşər”, Süleyman Rəhimovun “Mehman”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm”, Cəfər Cabbarlının “Almaz”, Hüseyn Cavidin “İblis” əsərlərinin oxunması nəzərdə tutulur. Müsabiqənin sonunda qaliblər mükafatlandırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]