ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutu “DOST süfrəsi” aksiyasına qoşulub

Bakı, 13 may, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “DOST süfrəsi” aksiyasına qoşulub.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, institutun əməkdaşları iftar süfrəsində bir qrup əlilliyi olan şəxs və şəhid ailələrinin üzvləri ilə görüşüblər.

İlahiyyat İnstitutu estafeti Mənəvi Dəyərlərin Təbliği Fonduna ötürüb.

Xatırladaq ki, Ramazan ayının gəlişi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mayın 6-dan “DOST süfrəsi” aksiyasına başlayıb.

Aksiya bu müqəddəs ayın hər günündə həssas qruplardan olan bir qrup şəxsə iftar süfrəsi açmağı nəzərdə tutur. Məqsəd Ramazan ayının yüksək dəyərlərindən biri kimi iftar süfrəsini bölüşməklə mənəvi birlik, həmrəylik duyğularının, qarşılıqlı hörmət və mehribanlıq hisslərinin güclənməsinə töhfə verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.