ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutu beynəlxalq elmi konfransda təmsil olunub

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov Moskva şəhərində Rusiya Milli Nüvə Tədqiqatları Universitetində keçirilən “Elm və təhsil məkanında ilahiyyat: din, mədəniyyət və maarif” mövzusunda üçüncü beynəlxalq elmi konfransda iştirak edib.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, konfransda Rusiyanın dini təhsil müəssisələrinin rəhbər və alimləri iştirak ediblər.

İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov konfransda “Müasir dövrdə Azərbaycanda din təhsili” mövzusunda məruzə ilə çıxış edib. Rektor bildirib ki, bir çox müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da din təhsili və dini tədris müəssisələrinin yaradılması İslamın bu bölgədə yayıldığı ilkin dövrlərə təsadüf edir.

Ceyhun Məmmədov vurğulayıb ki, ölkəmiz müstəqilliyini əldə etdikdən sonra milli-mənəvi və dini dəyərlərin əvvəlki mövqeyini bərpa etməsi üçün bir çox addımlar atılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması buna bariz nümunələrdən biridir.

Daha sonra Ceyhun Məmmədov rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verib. O, institutda mövcud ixtisaslar, təqaüd proqramları, ödənişsiz təhsil imkanları, ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri, xarici universitetlərlə bağlanan müqavilələr, həmçinin əldə olunan nailiyyətləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, instituta qəbul olunan hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılan lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanır. Rektor gənclərin milli-mənəvi təlim və tərbiyəsində dini təhsilin həyata keçirilməsinin həlledici əhəmiyyətə malik olduğunu qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.