ELM VƏ TƏHSİL
İlahiyyat İnstitutunda tələbələr üçün esse müsabiqəsi
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) oktyabrın 25-dən noyabrın 25-dək gənclərin vətənpərvərlik, milli mənəvi, Vətənə bağlılıq hisslərinin gücləndirilməsi məqsədilə institut tələbələri arasında “Qarabağ Azərbaycandır!” esse müsabiqəsi elan edir.
Azərbaycan İlahiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, müsabiqə “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni vandalizmi: Əsirlikdə olan dini abidələrimiz”, “Şərq memarlığının incisi – Gövhər ağa məscidi” mövzularını əhatə edəcək.
Müsabiqənin şərtlərinə əsasən, müəllif yalnız bir mövzuda, heç bir mətbuat orqanında çap edilmiş 2500 sözdən artıq olmayan esseni müsabiqəyə təqdim edə bilər. İştirak etmək istəyənlər esse, şəxsiyyət vəsiqəsinin və tələbə vəsiqəsinin surətini təqdim etməlidirlər. Qalib gələn tələbələr mükafatlandırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]