ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutu şəhid Vüqar Məmmədovun xatirəsinə həsr edilmiş müsabiqə keçirir

Bakı, 27 fevral, AZƏRTAC

Mənəvi Dəyərlərin Təbliği Fondu Azərbaycan İlahiyyat İnstitutunun tələbələri arasında İlahiyyat fakültəsinin məzunu, şəhid Vüqar Məmmədovun xatirəsinə həsr edilmiş esse-yazı müsabiqəsi elan edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, müsabiqəyə Vətən müharibəsi, İslamda şəhidlik, azərbaycançılıq, vətənpərvərlik, milli-mənəvi dəyərlərimiz mövzularında, eləcə də ulu öndər Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevin mənəvi dəyərlərin qorunması və inkişafı sahəsindəki siyasətini işıqlandıran məqalələr qəbul olunur. Müsabiqəyə dair tələblər bunlardır: məqalənin həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır (Times New Roman 14 şrift, 1,5 aralıq məsafə ilə təxmiən 3-4 A4 formatlı vərəq həcmində).

Birinci yer üçün 400 AZN (1 nəfər), ikinci yer üçün 200 AZN (2 nəfər), üçüncü yer üçün 100 AZN (3 nəfər) məbləğində mükafat nəzərdə tutulub.

Müsabiqə martın 31-dək davam edəcək. Ətraflı məlumatı (012) 464-92-55 telefonu və [email protected] poçt ünvanından əldə etmək olar. Esse-yazı nümunələri elektron və ya kağız formatında qeyd edilən əlaqə vasitələri ilə Mənəvi Dəyərlərin Təbliği Fonduna təqdim edilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.