ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutu yay imtahan sessiyasına başlayır

Bakı, 5 iyun, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) yaz semestrinin yay imtahan sessiyası ilə bağlı onlayn iclas keçirilib.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, iclasda mövcud şəraitdə cari semestr üzrə tələbələrin biliyinin qiymətləndirilməsi, yay imtahan sessiyasının təşkili və digər məsələlər müzakirə olunub. İnstitutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov bildirib ki, Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin təxirə salındığını nəzərə alaraq, Aİİ-də cari tədris prosesi ilkin olaraq videodərslər formatında, daha sonra isə Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq onlayn şəkildə “Microsoft Teams” platforması üzərindən keçirilib. Rektor “Microsoft Teams” platformasının üstünlüklərindən danışarkən qeyd edib ki, məsafədən dərslərə qoşula bilməyən tələbələrin daha sonra proqramdan istifadə etmək imkanları olub.

A.Şirinov tələbələrin onlayn imtahanlarda fəal iştirak etmələrini tövsiyə edib. O, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil ediləcəyini, sualların tərtibi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunacağını vurğulayıb.

İclasda tələbələri maraqlandıran suallar ətrafında da müzakirələr aparılıb.

Xatırladaq ki, Aİİ-də yaz semestrinin yay imtahan sessiyası iyunun 8-dən başlayacaq və 5 həftə davam edəcək. İmtahanlar təsdiq edilmiş cədvələ uyğun olaraq onlayn rejimdə şifahi formada keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.