ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutunda BMT-nin Könüllülər Proqramı təqdim olunacaq

Bakı, 9 mart, AZƏRTAC 

Martın 15-də Azərbaycan İlahiyyat İnstitutunda BMT-nin Könüllülər Proqramı təqdim olunacaq.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, təqdimatı proqramın Azərbaycan üzrə təmsilçisi Kiyoun Kim edəcək.

Xatırladaq ki, BMT-nin Könüllülər Proqramının məqsədi dünyada sülh və inkişafı dəstəkləmək üçün könüllülüyün təbliğidir. Bu çərçivədə proqram iştirakçıları müxtəlif könüllülük fəaliyyətlərində iştirak edir, həmkarları, onu qəbul edən təşkilat və cəmiyyətlə birlikdə inkişaf və sülhün yaranmasına öz töhfələrini verirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.