ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutunda “Din və elm” mövzusunda seminar təşkil olunub

Bakı, 13 mart, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Elm günü”nə həsr olunmuş “Din və elm” mövzusunda seminar təşkil edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri açan rektor Ceyhun Məmmədov müasir dövrdə elm və təhsilin cəmiyyətin inkişafında rolundan bəhs edib. O bildirib ki, Azərbaycanın ali təhsil müəssisələrində güclü elmi mühitin yaradılmasına xüsusi önəm verilir, dövlətimiz bu sahəyə daim diqqət və qayğı ilə yanaşır. Tələbələrin nitq və polemika qabiliyyətinin, özünüifadə bacarığının, tənqidi təfəkkürün formalaşmasına xüsusi önəm verildiyini qeyd edən rektor dərin dini və dünyəvi biliklərə, zəngin dünyagörüşünə malik mütəxəssislərin yetişdirilməsi məqsədilə institutda ardıcıl seminarlar, görüşlər təşkil olunduğunu deyib. O nəzərə çatdırıb ki, ali təhsil müəssisəsi elmi və mədəni inkişafı təmin etmək məqsədilə müxtəlif konfrans, dəyirmi masa və görüşlərin təşkilinə xüsusi önəm verir.

“Din və elm” mövzusunda məruzə ilə çıxış edən professor Şahlar Əsgərov din və elm məfhumlarının qısa tarixinə nəzər salıb. O bildirib ki, din və elmi bir həqiqətin iki fərqli üzü kimi də xarakterizə etmək mümkündür. Elmin və tərəqqinin insan həyatındakı xüsusi əhəmiyyətini vurğulayan alim bu amilin gənclərin formalaşmasındakı rolundan ətraflı bəhs edib.

Görüşdə digər elmlərin İslam dini ilə sıx və qarşılıqlı münasibətdə olduğu bildirilib. Qeyd olunub ki, din insan tərəfindən əldə edilən elmi nailiyyətləri dəstəkləyir, hətta insanları təkidlə elm öyrənməyə dəvət edir.

Daha sonra tələbələrin sualları cavablandırılıb, görüş iştirakçıları ilə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.