ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutunda “Hərəyə bir kitab” adlı sosial aksiyaya start verilib  

Bakı, 2 noyabr, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrin dünyagörüşünün formalaşdırılması, onlara mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, gənclərin intellektual və mənəvi dünyasının zənginləşdirilməsi, o cümlədən vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif maarifləndirici və sosialyönümlü layihələr həyata keçirir. Bu məqsədlə Aİİ-də noyabrın 1-dən “Hərəyə bir kitab” adlı aksiyaya start verilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, aksiyanın məqsədi istifadə edilməyən ədəbiyyatın (kitab, dərslik və digər nəşr nümunələri) toplanılaraq ehtiyacı olanlara çatdırılmasıdır.

Noyabrın 30-na kimi davam edəcək aksiyada toplanan ədəbiyyat uşaq və qocalar evlərinə hədiyyə olunacaq.

Aİİ-də, həmçinin tədris keyfiyyətinin yüksəldilməsi, təhsil psosesinin təkmilləşdirilməsi, müəssisənin innovativ fəaliyyətinin təmin edilməsi məqsədilə “Təklif və iradlar” sorğusuna da başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.