ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutunda İctimai Nəzarət Şurasının üzvləri yay imtahan sessiyasını izləyiblər

Bakı, 22 iyun, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi yanında İctimai Nəzarət Şurasının üzvləri yaz semestrinin yay imtahan sessiyasının gedişatını izləyiblər və ali təhsil müəssisəsinin yeni binası ilə tanış olublar.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

İctimai Nəzarət Şurasının üzvləri imtahan keçirilən auditoriyalarda olub, ayrı-ayrı fənlər üzrə yay imtahan sessiyasını müşahidə ediblər. Şura üzvləri tələbələrin sessiyaya hazırlıqları, sualların tərtibatı, imtahan prosesi barədə fikirlərini bölüşüblər.

İctimai Nəzarət Şurasının əsas məqsədi Aİİ-nin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, institut ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin təşkili, aşkarlığın və şəffaflığın təmin olunması, əməkdaşların və təhsil alanların hüquqlarının müdafiəsi və fəaliyyətlərinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsindən ibarətdir.

Şuranın tərkibinə Milli Məclisin deputatı, “Trend” İnformasiya Agentliyi Baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, təhsil üzrə ekspertlər Şahlar Əsgərov və Nadir İsrafilov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimai-siyasi proqramlar departamentinin direktoru Anar Yusifoğlu, Modern.az saytının rəhbəri Elşad Eyvazlı, “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva daxildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.