ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutunda elektron təhsilə keçidlə bağlı müzakirələr aparılıb

Bakı, 7 fevral, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Neuron Technologies” şirkətinin nümayəndələri ilə görüş təşkil olunub. Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

“Azərbaycan İlahiyyat İnstitutunda təhsilin müasir texnologiyalar əsasında inkişafı və tədrisin şəffaflığının təmin edilməsi prioritet məsələlərdən biridir. Bu məqsədlə ölkəmizdə sözügedən sahədə kifayət qədər potensiala və təcrübəyə malik olan “Neuron Technologies” şirkəti ilə əməkdaşlıq qurmağı düşünürük”, - deyə rektor Ceyhun Məmmədov bildirib.

“Neuron Technologies” şirkətinin direktoru İsmayıl Ələkbərov şirkət haqqında ətraflı məlumat verərək bildirib ki, “Unibook” – təhsil informasiya idarəetmə sistemi hazırda ölkənin nüfuzlu ali təhsil müəssisələrində tətbiq olunur. Sistemin əsas özəlliklərindən biri, sözügedən elektron təhsil idarəetmə sisteminin “bulud platforması”nda fəaliyyət göstərməsidir.

“Unibook” – elektron təhsil platformasının institutda təşkil olunması çərçivəsində tələbələrin və müəllimlərin elektron məlumat bazasının yaradılması, tədris prosesinin və təhsilin məzmununun elektron idarə edilməsi, elektron qiymətləndirmə, elektron imtahan, interaktiv forum və kommunikasiya, insan resurslarının idarə edilməsi, təqaüd hesablanması və digər alt sistemlərin tətbiqi nəzərdə tutulur.

Görüşdə institut əməkdaşlarının məlumatlandırılması məqsədilə yaxın zamanlarda “Neuron Technologies” şirkəti tərəfindən “Unibook” – elektron təhsil platformasının təqdimatının keçirilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.