ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutunda ərəbcə klassik dini mətnləri oxuma kursu fəaliyyətə başlayıb

Bakı, 28 iyul, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) İslam əqayidi üzrə ərəbcə klassik dini mətnləri oxuma kursu fəaliyyətə başlayıb.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, rektor Aqil Şirinov kursun dinləyiciləri və müəllimləri ilə onlayn görüşdə pandemiya və xüsusi karantin dövrünə təsadüf edən yay mövsümündə tələbələr üçün motivlənmə xarakterli təlimlərin, yarış və müsabiqələrin, həmçinin ixtisasyönümlü onlayn kursların təşkilinin nəzərdə tutulduğunu qeyd edib. O, tələbələrə kurslardan yararlanmağı, bilik və bacarıqlarını inkişaf etdirmələrini tövsiyə edib.

Xatırladaq ki, kurslar həftədə 2 dəfə olmaqla “Microsoft Teams” proqramı üzərindən onlayn formada, Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov və AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi, Aİİ-nin əməkdaşı Hilal Ağamoğlanov tərəfindən keçiriləcək. Kurslar yalnız Aİİ tələbələri üçündür və ödənişsizdir.

İlahiyyat İnstitutunda tələbələrin şəxsi keyfiyyətlərinin, dil biliklərinin yüksək olmalarına, dini və dünyəvi biliklərə dərindən yiyələnmələrinə xüsusi önəm verilir. Təhsilalanların bilikli, savadlı, zəngin dünyagörüşlü yetişmələri üçün müxtəlif layihələr həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.