ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutunda qadının müasir cəmiyyətdə yeri və rolu müzakirə olunacaq

Bakı, 16 fevral, AZƏRTAC

Martın 4-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan “Qadının müasir cəmiyyətdə yeri və rolu” mövzusunda dəyirmi masa keçiriləcək.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, dəyirmi masada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova “Dövlət qadın siyasəti: imkanlar və perspektivlər”, Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini (tərbiyə işləri üzrə), ədliyyə polkovnik-leytenantı Sevda Zamanova “Qadın və cəza”, Azərbaycan Dillər Universitetinin regionşünaslıq kafedrasının dosenti, Gender Araşdırmalar Mərkəzinin direktoru Kifayət Ağayeva “Qərbdə müsəlman qadınların üzləşdikləri problemlər: mövcud vəziyyət və perspektivlər”, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Müasir dövrdə qadınlara qarşı zorakılıq və dəstək proqramları” mövzularında məruzələrlə çıxış edəcəklər. Tədbirdə, həmçinin “İslamda qadın hüquqları”, “Qadın psixologiyası: qadınların problem həlletmə və düşüncə tərzi”, “Qadınlara qarşı ayrı-seçkilik və zorakılıqla mübarizədə dinin rolu” mövzularında məruzələr dinləniləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.