ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutunda şəhid Vüqar Məmmədovun xatirəsi anılıb

Bakı, 7 oktyabr, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) İlahiyyat fakültəsinin məzunu, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Vüqar Məmmədovun xatirəsinə həsr olunan tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Şəhidlərin əziz xatirəsi anılıb.

Aİİ-nin rəhbər heyəti və əməkdaşlarının, tələbələrin, qazilərin iştirak etdikləri tədbirdə institutun III kurs tələbəsi Kənan Əliyev tərəfindən şəhidlərimizin ruhuna Quran tilavəti təqdim edilib.

İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxış edərək Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü, qüdrəti ilə Vətən müharibəsində qazandığımız Böyük Zəfərin əhəmiyyətindən danışıb. Rektor Vətən müharibəsində güclü Xalq, güclü Dövlət və qətiyyətli Ali Baş Komandanın birgə mübarizəsinin Qələbəni şərtləndirən əsas amil olduğunu qeyd edib. A.Şirinov şəhid Vüqar Məmmədov haqqında xatirələrini bölüşərkən deyib ki, Vüqar çox vətənpərvər, cəsarətli idi. İgid Vətən övladlarının fədakarlığı, mərdliyi gənclər üçün örnəkdir.

Şəhid Vüqar Məmmədovun anası Əsmər Məmmədova oğlunun ordu sıralarına könüllü qoşulduğunu bildirib. Vüqar Məmmədovun döyüş yoldaşı İsmayıl Məsimli onun düşmənə qarşı döyüşlərdə göstərdiyi şücaətlərdən söhbət açıb.

Aİİ-nin müəllimi, institut Həmkarlar İttifaqı Komitəsinin sədri Ənvər Mustafayev vurğulayıb ki, şəhidlərin əziz xatirəsi daim ürəklərdə yaşayacaq.

İnstitutun müəllimi Qafqaz Abdurrahmanov şanlı Ordumuzun Vətən müharibəsində qazandığı uğurlardan danışıb.

Sonda şəhid Vüqar Məmmədovun ruhuna ehsan süfrəsi təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.