ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutunda seminar: İslam iqtisadiyyatında reallıqlar və perspektivlər

Bakı, 16 oktyabr, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutunda oktyabrın 26-da “İslam iqtisadiyyatı: reallıqlar və perspektivlər” mövzusunda seminar təşkil olunacaq.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminar İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin nəzdində qurulan İslam İqtisadiyyatı Resurs və Araşdırma Mərkəzinin, Azərbaycan İlahiyyat İnstitutunun və Azərbaycan Dövlət İqtisad Universitetinin “Meybullayev” İslam İqtisadiyyatı Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Seminarda iqtisadiyyat üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov və Anar Yusifzadə çıxış edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.