ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutunda tələbələrin iştirakı ilə kitab müzakirəsi keçirilib

Bakı, 26 noyabr, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrin asudə vaxtının səmərəli təşkili məqsədilə tədbirlərini davam etdirir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tələbələrin iştirakı ilə Xalq yazıçısı Anarın “Mən, sən, o və telefon” kitabının müzakirəsi keçirilib. Kitab tələbələrin böyük marağına səbəb olub.

Aİİ-nin Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə keçirilən tədbirdə bildirilib ki, mütaliə insanın daxili aləminin zənginləşdirilməsində, dünyagörüşünün formalaşdırılmasında, nitq qabiliyyətinin inkişaf etdirilməsində xüsusi rol oynayır. Qiraət insani və iradi keyfiyyətlərin yaradılmasında, mənəviyyatın dolğunlaşdırılmasında əhəmiyyətli faktorlardan hesab edilir. Vurğulanıb ki, sözügedən əlamətlər gənclərdə mütaliəyə olan marağın artması ilə yanaşı, onlarda həm də bədii zövqün inkişafına təsir edir.

Aİİ-də təşkil edilən tədbirlərin məqsədi tələbələrin intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə, tarixə, milli kökə bağlılığın formalaşdırılmasına töhfə verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.