ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutunda vebinar: Azərbaycanda İslam mədəniyyətinin təşəkkül tarixi

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) İlahiyyat fakültəsinin tələbələri üçün “Rəhbərlik proqramı” çərçivəsində “Azərbaycanda İslam mədəniyyətinin təşəkkül tarixi” mövzusunda vebinar keçirilib.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə İlahiyyat fakültəsinin dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov “Rəhbərlik proqramı” çərçivəsində hər ay keçirilən vebinarların əhəmiyyətindən bəhs edib. A.Qənbərov tarix elminin yenidən dirçəliş dövrünü yaşadığını vurğulayaraq, mövzunun əhəmiyyətinə toxunub.

İslamşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Rəşad Mustafa “Azərbaycanda İslam mədəniyyətinin təşəkkül tarixi” mövzusunda çıxış edib. İslam dini ilə birlikdə bəşər tarixində yeni mərhələnin başlandığını qeyd edən R.Mustafa erkən fütuhat, xəlifəlik zamanı baş verən hadisələr haqqında geniş məlumat verib, İslam dininin Azərbaycanda yayılmasından sonra ölkəmiz üçün nəticələrindən söz açıb.

Vebinar tələbə və müəllimlərin mövzu ətrafında sualları və müzakirələri ilə davam edib.

“Microsoft Teams” proqramı üzərindən təşkil olunan tədbirdə Aİİ-nin müəllimləri və tələbələri iştirak ediblər.

Qeyd edək ki, Aİİ tələbələri üçün İlahiyyat fakültəsinin dekanlığı tərəfindən “Rəhbərlik proqramı” çərçivəsində müxtəlif mövzularda aylıq vebinarlar təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.