ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutunun müəllimi beynəlxalq simpoziumda məruzə edib

Bakı, 28 oktyabr, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov Türkiyənin Aksaray Universiteti və Ankara Universiteti İlahiyyat fakültəsinin təşkilatçılığı ilə keçirilən II Beynəlxalq Din Sosiologiyası simpoziumunda onlayn iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, simpoziumun açılışında Asəf Qənbərov iştirakçıları Dağlıq Qarabağ problemi ilə bağlı mövcud vəziyyətlə tanış edərək, sentyabrın 27-dən başlayan təxribatın qarşısının alınmasında şanlı ordumuzun əks-hücum əməliyyatlarında Türkiyə dövləti və xalqına Azərbaycana siyasi, diplomatik və ictimai müstəvidə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Beynəlxalq simpoziumda “Nəzəri və metodoloji baxımdan Azərbaycanda din sosiologiyası çalışmaları” mövzusunda məruzə ilə çıxış edən Asəf Qənbərov müvafiq sahədə tədris məsələlərinə nəzər salıb və aparılan tədqiqatları nəzəri baxımdan təhlil edib.

Qeyd edək ki, simpoziumda Türkiyənin və dünyanın müxtəlif universitetlərindən olan din sosioloqları və aparıcı elm xadimləri “Din sosiologiyasının müasir problemləri”, “Dini qruplar”, “Sekulyarizasiya və din”, “Gender problemi və din”, “Pandemiya və din: COVID-19” və sair mövzularda plenar iclaslarda iştirak edib, geniş müzakirələr aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.