ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutunun prorektoru beynəlxalq konfransda gənclərin formalaşmasında dinin rolundan danışıb

Bakı, 12 fevral, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov “Pandemiya şəraitində insan, iqtisadiyyat, cəmiyyət: regional, qlobal və federal aspektlər” mövzusunda təşkil olunan XV beynəlxalq elmi-praktik konfransda iştirak edib. Beynəlxalq tədbir “Zoom” proqramı üzərindən onlayn formada keçirilib.

Aİİ-dən AZƏRTAC-a bildiriblər ki, Qafqaz Xalqları Dostluğu İnstitutu, Avrasiya Alimlər Klubu və Beynəlxalq Pedaqoji Akademiyanın birgə təşkilatçılığı ilə reallaşdırılan konfransda dünyanın müxtəlif ali təhsil müəssisələri və qurumlarından olan alimlərin məruzələri dinlənilib.

Tədbirdə Mirniyaz Mürsəlov “Gənclərin formalaşmasında dinin rolu” mövzusunda məruzə edib. Alim məruzəsində müasir dövrdə din tədrisinin xüsusi önəmini vurğulayıb. Radikal və ekstremizmdən uzaq bir mühitin qurulmasının və bu istiqamətdə gənclərin maariflənməsinin əhəmiyyətini diqqətə çatdırıb. Ölkəmizdə din təhsili sahəsində aparılan işlərdən bəhs edən prorektor Azərbaycan İlahiyyat İnstitutunda tədris və təlim-tərbiyə prosesində məzhəblərüstü prinsiplərin gözlənildiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.