ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutunun tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Bakı, 13 may, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, ziyarət zamanı tələbələrə Mərkəzlə bağlı geniş məlumat verilib. Qeyd edilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının, Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.

Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.