Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

İlahiyyatçı: Ramazan ayında mənəvi baxımdan zənginləşirik

İlahiyyatçı: Ramazan ayında mənəvi baxımdan zənginləşirik

Bakı, 23 mart, AZƏRTAC

Bu gün müsəlman aləmi üçün müqəddəs Ramazan ayı başlayır. Şəriətə əsasən, bu ayda insanların günün müəyyən saatlarında yemək-içməkdən imtina etmək buyrulur. Oruc İslamın ən böyük ibadətlərindən biridir. Qurani Kərimin Bəqərə surəsinin 183-cü ayəsində buyurulur: “Ey iman gətirənlər! Sizdən əvvəlki ümmətlərə oruc ibadəti fərz edildiyi kimi sizə də fərz edildi”. Bu il Ramazan martın 23-dən aprelin 21-dək davam edəcək. Təxminən 29 gün oruc tutulacaq. Oruc tutmaq üçün ilk olaraq müsəlman olmaq, həddi-buluğa çatmaq, oruc tutacaq gücə və səhhətə malik olmaq lazımdır. Oruc tutan şəxs səfərdə olmamalıdır, buna “muqim” də deyirlər. Oruc fəcri sadiqdən axşam namazına qədər tutulur. Oruc sübh namazının vaxtından axşam azanına qədər insanın yeməkdən, içməkdən və cinsi münasibətdən özünü uzaq tutması deməkdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat kafedrasının müəllimi Vüqar Səmədov deyib.

Onun sözlərinə görə, oruc ibadəti insanda öyrəşdiyi həzzlərdən imtina etmə enerjisini meydana gətirir: “Oruclu olduğunu bilərək hər hansı qida qəbul etmək, öz istəyi ilə qusmaq orucu pozur. Həmçinin oruclu olduğunu bilərək cinsi münasibətdə olmaq orucu batil edir. Dəstəmaz alarkən boğazına su getməsi, iftardan əvvəl qida qəbulu orucu pozur. Sahur vaxtı bitdikdən sonra qida qəbulunu davam etmək orucu pozar. Bəzən olur ki, insan oruc tutduğunu unudaraq yemək yeyir. Peyğəmbərin bir hədisinə görə, bu, oruclu şəxsə bir ikramdır və orucu pozmur. Gözə dərman tökmək, qulağa su getməsi, yuyunmaq, öz istəyi olmadan qusmaq, qan aldırmaq, ağızda tüpürcəyi udmaq kimi hallar orucu pozmaz”.

Oruc tutmağın faydalarından danışan Vüqar Səmədov orucun insana nəfsini nəzarət altında saxlamağı öyrətdiyini söyləyib: “Peyğəmbərimiz buyurur ki, sizə mübarək Ramazan ayı gəlib, onu oruclu keçirin və onun fəzilətindən məhrum qalmayın. Bir hədisdə də buyurur ki, kim bir gün oruc tutarsa, Allah onu 70 il cəhənnəmdən uzaq tutar. İnsan nəfsdən ibarətdir, bu, insanı bir çox dünyəvi arzulara-istəklərə sövq eləyir.

Oruc insana bu dünyada sadəcə yemək və içməkdən ibarət olmadığını, başqa şeylərin olduğunu da öyrədir.

Quranda deyilir ki, insanlara arzular, şəhvətlər sevdirildi. İnsan yemək yeməkdən başlayaraq, bu dünyada deyək ki, gözəl evləri ələ keçirmək, məqam ələ keçirmək və bunun uğrunda vuruşmaq kimi işlər görür. Buna bağlı olaraq insanda həsədli nifrət, zülm etmə duyğuları formalaşır. Oruc ibadəti insanı qəflətdən oyadır ki, dünya bu işlərə dəyərmi? Əsas məsələlərdən biri də bu dünyanın keçici olduğunu, insanın malın, mülkün həqiqi sahibi olmadığını bilməyi, axirət dünyasının olduğunu və bu dünyada nə edərsə, axirətdə qarşısına çıxacağını öyrədir. Oruc qəlbi saflaşdırır, qəlbdəki mənfi duyğuları ortadan qaldırır, müsbət duyğuları yerləşdirir. Orucda ən önəmli xüsuslardan biri şəxsiyyətli, səbirli insan yetişdirməkdir. Bir çox yerdə görürsən ki, insanlar müəyyən müddət səbir edə bilmirlər. Beləliklə insan oruc sayəsində səbirli olmağı, şükür etməyi öyrənir. Ramazan ayında mənəviyyatla doyuruq, mənəvi baxımdan zənginləşirik və bu, 12 ay boyunca bizə bəs edir. İnsan nemətin içərisində olduğu zaman onun qiymətini bilmir. Bir ay ərzində hər gün 10-15 saat bu nemətlərdən özümüzü məhrum edirik. Ona qovuşduğumuz zaman ürəkdən şükür edirik. Allah da buyurur ki, şükür edənin neməti artırılır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan ilə Belarusun iddialı planlarını həyata keçirmək üçün imkanları çoxdur

BSU-da “Birinci Beynəlxalq Balkanşünaslıq Tədqiqatları” konfransı keçirilib

İşğaldan azad edilmiş rayonlarda təşkil olunan kəsim məntəqələrində səyyar laboratoriyalar fəaliyyət göstərəcək

Allahşükür Paşazadə: Qurban bayramı ilə Milli Qurtuluş Gününün eyni zamana təsadüf etməsi həmrəyliyimizi daha da gücləndirir

ASCO 8 min ton yükdaşıma qabiliyyətinə malik tanker sifariş verib

Azərbaycan Hərb Tarixi Muzeyində “Xalqımızın taleyini dəyişən tarixi gün” adlı tədbir keçirilib

Azərbaycanlı bəstəkar türkiyəli tələbələr tərəfindən rol modeli olaraq seçilib

Paytaxtın Nizami rayonunda ictimai iaşə müəssisəsində toyuq əti dönərinin satışı dayandırılıb

Mərkəzi Asiya ölkələrinin bank nümayəndələrini görüşü keçirilib

Ombudsman: İqlim dəyişikliyi kontekstində insan hüquqlarının müdafiəsi üçün qlobal strategiyaların həyata keçirilməsinə ehtiyac var

Naxçıvanın ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib

Azərbaycan Serbiya ilə müdafiə sənayesi və birgə istehsal sahələrində əməkdaşlıq edəcək

Milyonlarla zəvvarın iştirak etdiyi Həcc ziyarəti başlayıb

® “Gənc Qan Donorlarının IV Ümumrespublika Forumu” keçirilib

Bu il “Gənc istedadlar” liseyindən 46 şagird məzun olur

Ölkəyə qaçaqmalçılıq yolu ilə 23 kiloqram marixuana gətirən daha bir narkokuryer saxlanılıb

Ayxan Abbasovun “Şamaxı” klubundakı köməkçiləri bəlli olub

Naxçıvanda istehlakçılara qaytarılan ƏDV-nin məbləği 2,5 dəfə artıb

Azərbaycan millisinin kapitanı: Avropa çempionatında Türkiyə millisinə və Arda Gülərə azarkeşlik edəcəyəm

Bu il ixrac olunan polietilenin həcmi açıqlanıb

Şahzadə Uilyam Britaniyanın gizli kəşfiyyat xidməti ilə görüş keçirib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzalayıb

Ölkəmizin tərəqqi və inkişafı yolundakı nailiyyətləri Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsidir

Qırğızıstan alimləri Dilçilik İnstitutunda olublar

Rektor: BANM Braziliyadakı ali təhsil müəssisələri ilə əməkdaşlıq etməyə hazırdır

Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Bəstəkarlar İttifaqının səyyar plenumu keçiriləcək

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

Paris Fond Birjası və biznes mediası Le Penin seçkilərdə mümkün qələbəsindən narahatdır

Şair Əkbər Qoşalının əsərləri tatar və qırğız antologiyalarında çap olunub

Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin tədqiqatçıları Şərqi Zəngəzur və Qarabağda olublar

Londonda avtobus dayanacağında tapılan tablo 25 milyon funt sterlinqə satıla bilər

Bakı metrosunda yay qrafiki tətbiq ediləcək

Ukrayna portalında Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc edilib

Azərbaycan İƏT-ə üzv dövlətlərin fərdi məlumatların mühafizəsi üzrə məsul qurumlarının I forumunda təmsil olunub

Sənaye məhsulunun 64 faizdən çoxu mədənçıxarma sektorunda istehsal edilib

“Yüksəliş” müsabiqəsinin yarımfinalçılarının sayı açıqlanıb

“İqlim dəyişikliyinə uyğunlaşma” üzrə təlimlərin yekun təqdimatı keçirilib 

Türkiyə parlamentariləri Rusiyaya səfər edəcəklər

Naxçıvanda Milli Qurtuluş Günü qeyd edilib

“İnsan hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Yaponiya Təhsil Nazirliyində və Parlamentində Azərbaycan diasporuna dair bəzi məsələlər müzakirə olunub

Ədəbiyyat İnstitutunun əməkdaşları Ankarada Əta Tərzibaşıya həsr olunmuş konfransda məruzə ediblər

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Azərbaycan İstiqlal muzeyini ziyarət edib

YAP Sabunçu rayon təşkilatı Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirib

“Magistr” jurnalının 4-cü nömrəsini iyunun 20-dən etibarən əldə etmək mümkün olacaq

Sumqayıtda 3927 məzun üçün son zəng səslənib

“28 May” stansiyasının və Dəmiryol vağzalının qarşısındakı meydanda əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb

Azərbaycan samboçusu beynəlxalq multiidman turnirində bürünc medal qazanıb

Metal nanohissəciklərin canlı orqanizmlərə təsirinin xüsusiyyətləri öyrənilir

“Boeing” şirkəti “787 Dreamliner” təyyarələrinin keyfiyyətini yoxlayır

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının startı təxirə salınıb

Akademik Zərifə Əliyeva adına Liseydən bu il 182 şagird məzun olur FOTO

Avro-2024 Almaniyaya 1 milyard dollar gəlir gətirə bilər

Dövlət Xidmətinin rəisi vətəndaşların həqiqi hərbi xidmətə qəbulla bağlı müraciətlərini dinləyib

Narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Azərbaycan I Liqasında ötən mövsümün tamaşaçı sayı açıqlanıb

Azərbaycan Slovakiya ilə Müdafiə nazirlikləri arasında əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Ətrafa çirkab suları axıdan 11 avtoyuma məntəqəsinin sahibi inzibati məsuliyyətə cəlb olunub

Pedaqoji Universitetin “Brend tələbə”ləri ilə görüş keçirilib

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Salyanda vətəndaşlarla görüşüb

COP28 nümayəndələri: COP29-da adekvat, əlverişli və əlçatan dəstəyi səfərbər edən yeni maliyyə hədəfi yaradılacaq

Avropa çempionatının gənc ulduzları - SİYAHI

Azərbaycanın müdafiə naziri Çinin hərbi nümayəndə heyəti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Qırğız Respublikası ilə dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumunu təsdiqləyib

Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ADPU-da pedaqoji internatura nəticələrinin qiymətləndirilməsinə başlanılıb

“İİV-ə görə müayinə olunaq, sağlam olaq” adlı layihəyə start verilib

Naxçıvanda hərbçimizin ölümü ilə bağlı cinayət işinin istintaqı davam edir

Tədqiqat: İnkişaf etmiş ölkələrdə kişilər qadınlardan daha çox ət yeyir

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında Qırğız Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qırğız Respublikasının Ədliyyə Nazirliyi arasında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin statistikasına dair məlumatların mübadiləsi sahəsində əməkdaşlıq haqqında Protokol”un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BDU-da yeni ixtisas və ixtisaslaşmalar açılacaq

COP29 Sədrliyi COP29 Akademiyasının fəaliyyətinə start verib

Fransızların 57 faizi Makronun istefasını istəyir - Sorğu

Direktor: Doqquz şagird liseyi bu il xüsusi nümunəli attestatla bitirir

Qazaxıstan şəkər ixracına müvəqqəti qadağa qoyub

Kiyevdə Milli Qurtuluş Günü qeyd olunub

İqlim dəyişkənliyi şəraitində təbii floranın müasir vəziyyəti və biomüxtəlifliyin qorunması - forum

Bu il baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan 27 uşağa xidmət göstərilib

Masallıda istismarına icazə verilən obyektlərin çıxarışları sahibkarlara təqdim olunub

Azərbaycanda günəş enerjisi istehsalı 8 dəfə artıb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

“Əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının dövlət təminatı” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib

“Ali riyaziyyatdan məsələ və misallar toplusu”nun II hissəsi nəşr edilib

Avro-2024: Kuboku “Allians Arena” stadionuna əfsanəvi futbolçunun həyat yoldaşı gətirəcək

Qazaxıstan və Rumıniya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcminin artırılmasını müzakirə ediblər

Soydaşlarımız Milli Qurtuluş Günü münasibətilə ABŞ-ın Meyn ştatında ağac əkiblər

Bu il 132-134 nömrəli Təhsil Kompleksindən 139 şagird məzun olur

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq və heç vaxt unudulmayacaq

Avro-2024: Şahzadə Uilyamın 6 yaşlı oğlundan ingiltərəli futbolçulara gözlənilməz məsləhət

® “Kapital Bank”dan digər banklarda nağd krediti və kredit kartı olan müştərilərə sərfəli təklif

Milli Hidrometeorologiya Xidmətinin rəisi: Qurban bayramı günlərində Azərbaycanda hava əsasən yağmursuz keçəcək

DYP əməkdaşları avtomobili etibarnaməsiz və narkotik vasitənin təsiri altında idarə edən şəxsi saxlayıb