ELM VƏ TƏHSİL
“İlahiyyatçı” qəzetinin mart buraxılışında...
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin mart buraxılışı işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, mətbu orqanın ilk səhifəsində Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbriki, Birinci vitse-prezident Mehriban Əliyevanın Roma Papası Fransisk Həzrətlərinə Tacqoyma Gününün ildönümü münasibətilə göndərdiyi təbrik məktubu yer alıb.
Qəzetin ikinci səhifəsində Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki dərc olunub.
Mətbu orqanın 3-4-cü səhifələrində martın 5-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda keçirilən beynəlxalq konfrans haqqında geniş yazı yer alıb.
“İlahiyyatçı” qəzetinin mart buraxılışında institutun rektoru Ceyhun Məmmədovun “Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin strateji istiqamətlərindən biridir”, “Azərbaycan elmi dünyaya uğurla inteqrasiya edir”, Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinovun “Tarix və reallıq kontekstində yas mərasimləri”, dosent Anar Qafarovun “Soyqırımı və terror: mövcudluğumuza və kimliyimizə vurulan zərbə kimi”, institutun əməkdaşı Şahin Ələsgərovun “Bədii ədəbiyyat və tolerantlığın tərbiyə edilməsi” sərlövhəli məqalələri dərc olunub.
Mətbu orqanın müxtəlif səhifələrində “Bəşəriyyət qadınla yüksələcək”, “Bahar nə xoş gəlir ruha dad verir”, “Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr olunub”, “Türkiyənin “Anadolu” xəbər agentliyi və “Millət” qəzeti yazır...”, “Küveytin “əl-Müctəma” jurnalının səhifələrində”, “Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa” başlıqlı yazılar yer alıb.
Mətbu orqanın mart buraxılışında, həmçinin millət vəkilləri, ictimaiyyət nümayəndələri, elm xadimləri, tədqiqatçıların iştirakı ilə təşkil olunan seminar və dəyirmi masalar, tədbirlər haqqında xəbərlərə yer verilib. “Fazil Mustafa ilə görüş”, “Uğura gedən qısa yol”, “Qadının müasir cəmiyyətdə yeri və rolu mövzusunda dəyirmi masa”, “Din və elm mövzusunda seminar”, “İslamda ebru sənəti” mövzusunda seminar təşkil olunub”, “BMT-nin Könüllülər Proqramı”nın təqdimatı”, “İlahiyyat İnstitutunda bayram tədbiri təşkil edilib”, “Elm günü qeyd edildi”, həmçinin “Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları Misirdə” başlıqlı məqalələr qəzetdə əksini tapıb.
“İlahiyyatçı” qəzetinin mart buraxılışında tələbələrin ictimai fəaliyyətini əks etdirən yazılar da dərc edilib. “Tələbələr Heydər məscidini ziyarət ediblər”, “Fərdi özünüifadənin inkişafı üçün” başlıqlı yazılar bu qəbildəndir.
31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar institutun müəllim və tələbə heyətinin Quba səfəri “Erməni vəhşiliyinin Quba izləri...” rubrikası altında əksini tapıb.
Qəzetdə institut tələbələrinin “Azərbaycan multikulturalizmi dünyaya bir nümunədir”, “Arzular çin olanda”, “Vaxt misli olmayan nadir incidir” sərlövhəli yazıları da dərc olunub.