ELM VƏ TƏHSİL


İlber Ortaylı və Celal Şengör Bakı konfransında iştirak ediblər

Bakı, 22 may, AZƏRTAC

Məşhur türkiyəli alimlər İlber Ortaylı və Celal Şengör Bakı konfransında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, alimlər Bakıda bir neçə dəfə olduqlarını qeyd edərək buraya yenidən gəldikləri üçün xeyli məmnun olduqlarını bildiriblər. Onlar konfransda dünya tarixinin Orta Əsrlər, İntibah dövründəki maraqlı məqamlarından, o cümlədən Azərbaycan və Türk xalqlarının tarixi, onların dil ünsürləri haqqında geniş çıxış ediblər.

Celal Şengör budəfəki səfəri barədə bəhs edərkən bildirib ki, o, Azərbaycanda palçıq vulkanlarını müşahidə edəcək. Celal Şengör çıxışında Nyuton, Qaliley, Eynşteyn, Kant kimi alimlərin elmi kəşf və ixtiralarından bəhs edib.

İlber Ortaylı öz çıxışında Azərbaycan ədəbiyyatının önəmini vurğulayıb, Türkdilli ölkələrin mədəniyyətlərinin daha geniş təhlil olunmasına çağırış edib. Türk dilləri üçün latın əlifbasının fonetik cəhətdən ən uyğun olduğunu qeyd edən alimlər maraqlı bir məqama da toxunublar. İlber Ortaylı qeyd edib ki, azərbaycanlı yazıçı Mirzə Fətəli Axundzadənin Türkiyənin və Azərbaycanın ərəb əlifbasından latın əlifbasına keçməsi üçün böyük səy göstərib. O, bu məsələ ilə bağlı Osmanlı imperatoruna yazıb, hətta ondan təltif belə alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.