SİYASƏT
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin on yeddinci cildi çapdan çıxıb
AZƏRTAC xəbər verir ki, bu sözlər yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin on yeddinci cildində dövlətimizin başçısının 2006-cı il mayın 30-da Parisdə “Fiqaro” qəzetinin müxbirinə müsahibəsindən götürülüb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin oxuculara təqdim olunan on yeddinci cildində Prezident İlham Əliyevin ölkəmizin bütün sahələrdə sürətli inkişafına, əhalinin rifahının yaxşılaşmasına, respublikamızın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə dair çıxışları, nitqləri, məktubları, müraciətləri və s. toplanıb.
Kitabda Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Bakıda keçirilən zirvə toplantısında nitqi, regional əməkdaşlığın daha da genişləndirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat sahəsində əməkdaşlıq, terrorizmə qarşı mübarizəni gücləndirmək və digər məsələlərə həsr olunmuş çıxışları verilib.
On yeddinci cilddə Prezident İlham Əliyevin GUAM-ın üzvü olan ölkələrin dövlət başçılarının Kiyev zirvə görüşündə, Fransaya səfəri zamanı NATO Parlament Assambleyasının yaz sessiyasında, Rumıniyada “Dialoq və tərəfdaşlıq naminə” Qara dəniz forumunda nitqləri, bəyanatları və KİV-lərə müsahibələri dərc olunub.
Bu cilddə, həmçinin dövlətimizin başçısının Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə əlaqədar ölkəmizin prinsipial mövqeyindən bəhs edən çıxışları, respublikamızda böyük infrastruktur layihələrə, tikinti-abadlıq işlərinə, sosial-iqtisadi sahələrin inkişafına, aqrar sektora diqqət və qayğısını əks etdirən materiallar yer alıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
On yeddinci cildə daxil olan materiallar 2006-cı ilin mayından iyununadək olan dövrü əhatə edir.
“Azərnəşr” tərəfindən buraxılmış cildin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.