Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İlham Əliyev – İslahatçı liderin portreti

İlham Əliyev – İslahatçı liderin portreti

“Mən Ona özüm qədər inanıram”

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev

Xarizmatik lider və “qızıl orta”

Xarizma yunan sözü olub (χάρισμα – khárisma) mənası “verilmiş, bağışlanmış”dı. İlham Əliyevin xarizması həm Ulu Öndərin varisi kimi, həm də sonradan öz üzərində işləməklə qazanılmış bir istedaddır. İlham Əliyev bir xarizmatik lider olmaqla – ətrafa öz güclü xarakteri, uzaqgörənliyi, rasional və milli maraqlara xidmət edən siyasəti ilə təsir göstərir, insanları inandırır və arxasınca aparır. Bu xarizma özünü tabeçiliyində olanlara münasibətdə nə qədər soyuqqanlı, tələbkar və işgüzar olaraq göstərirsə, sadə insanlar – xüsusilə, şəhid ailələri, qazilər, ehtiyacı olanlarla münasibətdə bir o qədər humanist və istiqanlı rəftarla seçilir. Prezident İlham Əliyev məhz bu iki diaqonal qütbü birləşdirməklə monolit bir lider obrazı yaradıb. O, hökumətə büdcə vəsaitlərinin səmərəli istifadəsini tapşırmaqla yanaşı, əhalinin problemli kreditlərini dövlətin hesabına həll olunmasını təmin edib. Burada qənaətlə səxavət, dövlətin fiskal maraqları ilə əhalinin rifahı, ümumi və fərdi maraqlar arasında bir tarazlıq qorunur. İlham Əliyevin xarizmasının gücü, cazibəsi və təsir imkanlarını məhz belə “qızıl orta”da axtarmaq lazımdır.

Hazırda dünyada liderin rolu daha da artır. Çində, Rusiyada, Böyük Britaniyada, Türkiyədə, ABŞ-da və sair ölkələrdə liderin rolunun artması, sağ meyillərin güclənməsi, milli maraqların önə çəkilməsi, proteksionizm, hətta ticarət müharibələrinə gedib çıxan millətlərin yarışmasının şahidiyik. Bu yarışmada güclü lider və müasir idarəetmə texnologiyalarını tətbiq edən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün rəqabət qabiliyyətini və milli təhlükəsizliyini gücləndirir.

Yeni iqtisadi modelin müəllifi

Ben Bernankenin “Addım atmaq cəsarəti” memuarı bu sözlərlə başlayır ki, çağırış zamanı əsas qərar verməkdir və bu, istənilən qərarsızlıqdan yaxşıdır. Hər bir lider həm də anında cəsarətli qərarları ilə lider olur. Prezident İlham Əliyev bir neçə dəfə, o cümlədən Strateji Yol xəritələri ilə yeni iqtisadi model quruculuğuna başlayanda və 2018-ci ilin prezident seçkilərindən sonra islahatların yeni səhifəsini açanda məhz belə cəsarətli qərarlar vermişdi. 

Maykl Spens və David Brady İkinci Dünya müharibəsindən sonra ən sürətlə və davamlı inkişaf edən ölkələrin təcrübəsini təhlil edərək liderin davamlı iqtisadi artımda nə dərəcədə əhəmiyyətli rol oynadığını sübut etmişdilər. Onların fikrincə, lider ilk mərhələdə modeli və strategiyanı, ona uyğun institutları formalaşdırır, ikinci mərhələdə isə lider seçilmiş modeli yeni çağırışlara uyğunlaşdırmağı bacarmalıdır. Fikrimizcə, Prezident İlham Əliyevin etdiyi də elə budur: Azərbaycanın iqtisadi inkişaf modelini daimi yeniləməklə, davamlı inkişafı təmin etmək.

İkinci Dünya müharibəsindən sonra Yaponiya, 1961-ci ildən başlayaraq Koreya, Mədəni inqilabdan sonra Çin, 1949-cu ildən Tayvan, Malayziyadan ayrılandan sonra Sinqapuru qarşılaşdıqları böhrandan güclü liderlər çıxardılar. Elə Malayziya “iqtisadi möcüzəsi”nin yaradıcısı – “modernizasiyanın atası” (Bapa Pemodenan) Mahathir Məhəmmədi 1981-2003-cü illərdə Baş Nazir olduğu halda, yenidən 2018-ci ildə 92 yaşında hakimiyyətə dəvət etdilər. Kamal Dərviş də Türkiyəni böhrandan çıxarmaq üçün 19 islahatı (adi vaxtda bu mümkün olmazdı) parlamentdə keçirməklə öz ölkəsinin inkişafını təmin etdi. Uğurlu lider hər bir böhranı və çatışmazlığı imkana çevirən və davamlılığı təmin edən liderdir.

Prezident İlham Əliyevin miqyaslı lider olması, onun dünya görüşü və intellektual potensialının zənginliyi, həmçinin qlobal düşüncə tərzi Azərbaycandakı islahatların uğurunu təmin edir. Vaxtilə Çin lideri Deng Xiaoping öz ölkəsi üçün bazar iqtisadiyyatı modelini seçəndə, onun Sinqapur və Nyu-Yorka səfərləri Çin liderində güclü təəssüratlar yaratmışdır. Məhz xarici innovativ təcrübənin təsiri altında Deng Xiaoping Çin iqtisadi inkişaf modelinin əsasını qoydu. Prezident İlham Əliyev isə Deng Xiaopingdən fərqli olaraq qlobal innovativ agendanın formalaşmasında özü birbaşa iştirak edir. BMT Təhlkəsizlik Şurası, Davos İqtisadi Forumu, Qoşulmama Hərəkatı, Türkdilli Ölkələrin Şurası, Mədəniyyətlərarası dialoq və sair platformalarda Prezident İlham Əliyev qlobal və regional gündəliyin formalaşdırılması prosesində iştirak etməklə yanaşı, həm də Azərbaycanın bu gündəliyə uyğun inkişafını təmin edir. Özü də bu gün Azərbaycan təkcə qlobal inkişafdan faydalanmaqla kifayətlənmir, həm də bu inkişafa multikulturalizm, tolerantlıq, iqtisadi islahatların idarə edilməsi modeli, “ASAN xidmət”, “Azexport” və sair dəyərlər, brendlər və innovativ mexanizmlərlə rəng qatır.

Çağırışı imkana çevirən lider

Prezident İlham Əliyev də hər bir çətinliyi üstünlüyə çevirməyi bacaran liderdir. Azərbaycanı “coğrafiyanın lənətindən” – okeanlara birbaşa çıxışımızın olmamasından – yan keçirərək ölkəmizi nəqliyyat-logistika habına çevirmək məhz dediyimizə nümunədir. Çünki Prezident İlham Əliyev kvant fizikasının əsas qanunlarından birinə əsaslanaraq, obyektə başqa bucaq altında baxır və belə də obyekt həmin bucağa uyğun görüntülənir. Bu halda liderə güclü fəhm və dərin təfəkkür lazımdır ki, düzgün variant – bucaq seçə bilsin. Həzrəti Əlinin belə bir deyimi var ki, “ağıllı adamın zənni də gerçək olur”. İlham Əliyevin güclü intuisiyası, mühakimə qabiliyyəti və iti ağılı hər bir vəziyyətdə optimal qərar qəbul etməyə imkan verir. 

Cənab Prezident həm də Azərbaycanı digər təbii ehtiyatlarla zəngin olan ölkələrin qarşılaşdığı - “resursların lənətindən” və “orta gəlir tələsindən” məharətlə uzaqlaşdırır. İsveçin 1990-cı illərdə qarşılaşdığı iqtisadi böhran onun sonrakı inkişafı üçün imkanlar açdı, yəni problem imkana çevrildi. Yapon fəlsəfəsində “kintsugi” – “qızıl bərpa” deyilən bir anlayış var: sınmış məişət əşyasını elə zövqlə bərpa edirlər və sınığın izlərini elə saxlayırlar ki, yəni bu əşyanın sonu deyil, həyatının davamını göstərsin. Əslində, cənab Prezidentin 2015-ci ildə neft qiymətlərinin kəskin düşməsinə qarşı strateji yol xəritələrini qəbul etməklə çevik reaksiyası və sistemli islahatları, onun çağırışı necə üstünlüyə çevrilməyinin daha bir nümunəsi oldu. Əgər islahat bir incəsənətdirsə, Prezident İlham Əliyev onun ustasıdır. Çünki Prezident İlham Əliyev “qutudan kənarda fikirləş” (“think out of the box”) yanaşmasından daha bir addım irəli gedib. Onun qlobal təfəkkürü üçün ümumiyyətlə, “qutu” yoxdur.

İdarəetmənin “qrossmeyestri”

İlham Əliyev S.Huntinqton və başqalarının irəli sürdüyü bürokratik siyasət modelinin (Bureaucratic politics model) Azərbaycanda işləməsinə, yəni müxtəlif marginal qrupların dövlət siyasətini öz maraqlarına istifadə etməsinə bir an imkan vermədi. Yeltsin dövründə Rusiyanın və ya Ukraynanın yaxın tarixinin acı təcrübəsi belə qrupların siyasətə təsirinin nə ilə nəticələndiyini açıq göstərir. “Mayl qanunu”na görə “hansı mövqeni seçməyiniz, harada oturmağınızdan asılıdır”. Azərbaycanda son kadr və struktur islahatları fonunda kimin hansı mövqedə oturmasından asılı olmayaraq, hamı Prezidentin monolit komandasının üzvü kimi dövlət siyasətinə xidmət edir. Məsələn, Prezidentin İlham Əliyevin yaratdığı Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyada, onun 19 işçi qrupu və katibliyində 300 nəfər dövlət, özəl, akademiya, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların nümayəndələri cəmləniblər. “Azranking.az” portalı üzərindən islahatların rəqəmsal generasiyası - islahatların "həyat tsikli”nə aid bütün mərhələlərdə dövlət-özəl əməkdaşlığı və dialoqu formatı işləyir. Bu formatda “hansı mövqeyi seçməyinizin, harada oturmağınızdan asılılığı yoxdur”.

Beləliklə, polievristik nəzəriyyəyə (poliheuristic theory) uyğun olaraq Prezident İlham Əliyev qərar qəbuletmə prosesində koqnitiv və rasional yanaşmalardan istifadə edir. Rasional seçim modelinə (rational choice model) görə bir lider kimi İlham Əliyev məhz Azərbaycan dövlətinin maraqlarına uyğun olaraq prioritetləri düzgün müəyyənləşdirir və onların rasional ardıcıllığını təmin edir. Məsələn, iqtisadi islahatlarla böhran aradan qaldırılan kimi, dərhal sosial islahatlarla əldə edilmiş nəticələr əhali qrupları arasında bölüşdürüldü və siyasi islahatlara, o cümlədən hakimiyyətin hər üç qanadının islahatına – dövlət idarəetmə islahatlarına “yaşıl işıq yandırıldı”. Beləliklə, qısa müddətdə iqtisadi-sosial-siyasi islahatlar alqoritmi ilə ölkə tam reformat olundu. İnstitusional iqtisadçılar iqtisadi davranışların məhz təkamül prosesi və institutların iştirakı ilə formalaşdığını deyirlər. Prezident İlham Əliyevin bir lider olaraq iqtisadi, sosial və siyasi institutları təkamül yolu ilə reformat etməsi və yeni iqtisadi davranışa keçidin təmin olunması bu baxımdan əhəmiyyətlidir. Belə vəziyyətdə Azərbaycan - 2020-2025-ci illərdə bütün istiqamətlərdə texnoloji transferi sürətləndirməyə hazırdır.

İslahatların rəvan yolu

2019-cu ildə Azərbaycan tarixində ən irimiqyaslı sosial islahatlar, iqtisadi islahatlar, struktur islahatları, siyasi islahatlar, məhkəmə-hüquq islahatları və kadr islahatları aparılıb. Müstəqil Azərbaycan indiyədək bu miqyasda islahat görməyibdir. Ölkə bir ilin ərzində tam “reformat” olduğu halda, heç bir gərginlik yaşanmayıb. Başqa ölkələrdə bu çapda deyil, daha kiçikmiqyaslı islahatlar belə ağrılı prosesə çevrilir. Məsələn, bu günlərdə Fransada, Çilidə, Finlandiyada, İranda və başqa ölkələrdə islahatların necə narazılıq doğurduğunu və gərginlik yaratdığının şahidiyik. Bu ölkələrin hər biri Azərbaycana nisbətən daha böyük resurslara malikdir. Azərbaycanda isə islahatlar rəvan gedir - təkamül yolu ilə seçilibdir. Çünki cənab Prezident hansı islahatların və nə zaman aparılmasını zərgər dəqiqliyi ilə müəyyənləşdirir: dövlətin, biznesin və əhalinin maraqlarını uzlaşdırır. Dünyada az ölkə tapılar ki, iki il dalbadal “Doing Business” hesabatında dünyanın ən islahatçı ölkələrinin sırasında olsun, amma bu islahatlar cəmiyyətin ahəngini pozmadan aparılsın. 

Artıq dünyada “Azərbaycanda İqtisadi İslahatların İdarə edilməsi Modeli” deyilən bir narrativ formalaşıb. Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva etiraf etmişdi ki, qlobal iqtisadi artımın yavaşıması fonunda Prezident İlham Əliyevin apardığı iqtisadi islahatların əhəmiyyəti yüksəkdir.

Ötən əsrin 60-cı illərində belə fikir vardı ki, “Standard Oil”, Kommunist Partiyası və Katolik kilsəsi ən yaxşı planlaşdırılan və idarə olunan təşkilatlar idi: gələcəyi necə planlaşdırırdılarsa elə də olurdu. Sonradan strateji idarəetmə önə çıxdı. Müasir dünyada isə təkcə planlamaqla deyil, eyni zamanda, günün tələbinə və gələcəyin çağırışına uyğun elastiki və çevik yanaşma önəmlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılmış iqtisadi islahatların idarə edilməsi modeli plan və elastikliyin qovuşmasındadır. Məsələn, tikinti icazələri və elektrikə çıxış sahəsində “bir pəncərə”nin yaranması ilə onun rəqəmsallaşması elə bir ardıcıllıqla və ahəngdarlıqla baş verdi ki, əvvəlcədən planlaşdırlandan fərqli, amma mükəmməl bir sistem alındı. Çünki cənab Prezidentin yanaşmasının əsasında - Venna diaqramının prinsipi dayanır: plan və elastiki yanaşmanın “qızıl ortası” tapılır.

2016-cı ildə qlobal şokların təsiri altında böhranla üzləşən Azərbaycan iqtisadiyyatı üçün bir sıra kənd təsərrüfatı məhsulların istehsalı, məsələn, pambıqçılıq kütləvi işsizliyin qarşısının alınması üsullarından biri kimi istifadə edildiyi halda, 2019-cu ildə bu sahədən məhsuldarlıq artırıldı. Hazırda pambıqçılıq həm gəlirli sahədir, həm də dəyər zəncirinin sonrakı mərhələlərinin (iplik, parça və trikotaj, həmçinin digər yüngül sənaye məhsulları) inkişafında baza rolunu oynayır. Əslində, Hausman da deyir ki, ölkə özünün rəqabət üstünlüyü olan sahələrinin inkişafına daha çox üstünlük verməlidir. Prezident İlham Əliyev cəmi üç ilin ərzində resursları mobilizasiya etməklə çox çevik siyasətlə pambıqçılığın əvvəlcə məşğulluq, daha sonra isə məhsuldarlıq-əsaslı inkişafını təmin etdi.

“PwC” şirkətinin hesablamalarına görə, Azərbaycandakı şirkət rəhbərlərinin 66 faizi öz qurumlarının inkişaf perspektivinə inanırlar. “McKinsey” şirkəti isə Azərbaycanı son 20 ildə iqtisadiyyatı illik 5 faizdən çox artan ölkələrin siyahısına salıb, hətta bu siyahıda Azərbaycan illik 11 faizlik artımla dünya liderləri sırasındadır.

Üzünü gələcəyə tutan lider

Məşhur futuroloq Kurzveil belə bir proqnoz irəli sürmüşdü ki, qarşıdakı 100 ildə 20 min il ərzində toplanan bilik qədər bilik yaranacaq. Qlobal miqyasda texnologiya artıq ədədi silsilə ilə deyil, həndəsi silsilə ilə artır. Buna uyğun idarəetmənin qanunları və texnologiyaları da dəyişir. Biz artıq xətti idarəetmədən qeyri-xətti idarəetməyə keçirik. Yunan filosofu Aristotelin belə bir fəlsəfi deyimi var: "Bir adamın dediyi ya doğrudur, ya yalan". Əslində isə bu iki kateqoriyanın arasında xeyli variasiyalar var. Lütfi Zadənin qeyri-səlis məntiqi də bunu deyir. Hazırda idarəetmə məhz qeyri-səlis məntiqə söykənməlidir. Artıq təkcə keçmişə baxıb, gələcəyi proqnozlaşdırmaq olmur, həm də elə gələcəyə baxıb gələcəyi proqnozlaşdırmaq və idarəetməni çevik həyata keçirmək zərurəti yaranıb. Biz idarəetməni rəqəmsal transformasiya etdiyimiz halda, kvant transformasiyası qapımızı döyür. İdarəetmə adaptiv və “agile” olmalıdır, yəni situasiyaya dərhal uyğunlaşma həyata keçirilməli və qərarlar verilməlidir. Prezident İlham Əliyev bu trendi gözəl bilir və çevik idarəetmə modeli yaradıb. Təsadüfi deyil ki, Davos İqtisadi Forumunun hesablamalarına görə “hökumətin dəyişikliklərə çevik reaksiyası” göstəricisinə görə Azərbaycan dünyanın 140 ölkəsinin arasında 5-ci yeri tutur. Əslində, dünyada rəqabət məhz idarəetmə modelləri arasındadır. Belə olmasaydı İsrail, Koreya, Yaponiya kimi təbii sərvətləri zəngin olmayan ölkələr inkişaf edə bilməzdi. “Millətlər niyə çökür?” əsərində Əcəmoğlu və Robinzon inkişafın əsas səbəbinin institutların səmərəliliyində görürlər. Məhz ulu öndər Heydər Əliyev dühası və onun varisi Prezident İlham Əliyevin idarəetmə bacarığı sayəsində Azərbaycan bütün təhdidlərə rəğmən hazırda dünyanın ən islahatçı, sabit inkişaf edən və real müstəqilliyi olan ölkələrindən biridir. Prezident İlham Əliyev təkcə dünənin və bu günün deyil, həm də gələcəyin lideridir.

Dövlətimizin başçısının rəhbərliyi ilə idarəetmədə aparılan islahatlarda əvvəlcə məmur-vətəndaş təmaslarından elektrona, indi isə elektrondan rəqəmsala keçid baş verir. Eyni zamanda, dövlət idarəetmə islahatları məcburetmədən könüllü riayətə, imperativ idarəetmədən tənzimlənməyə, yoxlamadan monitorinq və qiymətləndirməyə və “kölgə iqtisadiyyat”dan leqallaşmaya keçidi təmin edir.

Prezident İlham Əliyevin idarəetmə islahatlarının tərkibi kimi kadr islahatlarını aparması və gəncləri önə çəkməsi, eyni zamanda, nəsillərarası varisliyi qoruması islahatın uğurunu təmin edir. Görkəmli alim Xudu Məmmədov deyirdi ki, "üzünü gəncliyə tut, səsin gələcəyə çatsın". Z-nəsli və minilliyin nəslinə stavka edilməsi və onların idarəetməyə cəlb olunması Azərbaycanın dünya ilə ayaqlaşması üçün əhəmiyyətlidir.

Ölkə başçısı 2019-cu ili - fəlsəfəsinin mərkəzində “kamil insan” dayanan “Nəsimi ili” elan edib. Əslində, 2019-cu ildə miqyas etibarı ilə ən iriçaplı sosial islahatların həyata keçirilməsi, bir tərəfdən rifahın yaxşılaşmasına xidmət edirdisə, digər tərəfdən də insan kapitalının inkişafına yatırılan sərmayə kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev “kamil insan”ı 4-cü sənaye inqilabı şəraitində bu xüsusiyyətləri ilə təqdim edir: peşəkar və vətənpərvər. Məhz belə bir insan post-industrial dövrdə - xidmət sektorunun, deməli həm də insan kapitalına əsaslanan sektorun inkişafı ilə öz vətəninə xidmət edə bilər. Çünki hazırda ən böyük trend – qlobalizasiya özü də keçid dövrünü yaşayır: Ticarətin və dəyər zəncirlərinin gələcəyi daha çox xidmət sektoru və data ilə deməli, həm də insan kapitalı ilə bağlanır. Prezident İlham Əliyev bu nöqtədən – Azərbaycan insanının maraqlarından yola çıxıb.

Miqyasları aşan lider

Prezident İlham Əliyevin lider portreti ona kənardan daha çox diqqət cəlb edir. Çünki bu portret siyasi, ideoloji, psixoloji və tarixiliyi ilə seçilir. Dost Ukraynanın Prezidenti Vladimir Zelenski Bakıda olanda Azərbaycan Prezidentinə belə demişdi ki, “mənim bir ideyam var. Siz bir neçə dəfə rəqəmlər səsləndirdiniz – Azərbaycanda dövlət borcu azdır, son 15 ildə ümumi daxili məhsul üç dəfədən çox artıb. Bütün bunlar sizdə var, istərdik ki, bizdə də belə olsun”. Bunu o ölkənin prezidenti səsləndirir ki, elə son 15 ildə orada müxtəlif rəngli inqilablar olmuşdu. Ərazisi Azərbaycandan yeddi dəfə, əhalisi 4,5 dəfə çox olan və Avropanın coğrafi mərkəzində yerləşən ölkəni Azərbaycan kimi olmağa sövq edən lider – İlham Əliyevdir! Məhz İlham Əliyevin təkamül yolu ilə irəlilətdiyi Azərbaycan bütün mötəbər dünya reytinqlərində Ukraynanı üstələyir. Gürcüstan Prezidenti Salome Zurabişvili də bildirmişdi ki, “İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”. Məhz İlham Əliyevin liderlik etdiyi Azərbaycanın gerçəkləşdirdiyi infrastruktur layihələri qonşu Gürcüstanın dövlət müstəqilliyinin gücləndirilməsinə təkan verməklə bu ölkədəki demokratik inkişafın əsasında dayanır. Bu gün İlham Əliyev Qafqazın siyasi lideri olmaqla bu bölgədə tarazlığın, sabitliyin və inkişafın əsas qarantlarındandır.

Sinqapur “iqtisadi möcüzəsi”nin atası Li Kuan Yu deyirdi, “bir millət təkcə sayına görə böyük deyil. Böyüklük xalqın iradəsi, birliyi, dözümlülüyü, nizam-intizamı və liderlərinin keyfiyyəti ilə ölçülür ki, məhz lider tarixdə xalqına şərəfli yer qazandırır”. Azərbaycan ərazisinə görə dünyada 112-ci və əhalisinə görə 90-cı yerdə olsa da, nüfuzlu “US News”un hesabatına görə, dünyada “irəliləməsinə” (Movers) görə 35-ci ölkədir. Bunun nə demək olduğunu izah etmək üçün Azərbaycanın bu sıralamada Almaniya və Finlandiya kimi inkişaf etmiş ölkələrin arasında yerləşməsini qeyd etmək kifayətdir. Prezident İlham Əliyev məhdud imkanlar və sərt qonşuluq (tough neighborhood) şəraitində, Azərbaycanı “US News”un hesabatına görə dünyada 45-ci gücə çevirməyi bacarmışdır. Hesabata “güc” amilini müəyyənləşdirən parametrlər – iqtisadi, siyasi, hərbi olmaqla yanaşı, həm də liderin roluna yer ayrılır. Təsəvvür edin ki, bu sıralamada Azərbaycan dünyanın əhalicə ən böyük (270 milyon) müsəlman ölkəsi İndoneziyadan öndədir. Li Kuan Yunun millətin gücünün kəmiyyətdə deyil, keyfiyyət parametrlərində, o cümlədən, liderin rolunda olması barədə fikri tam yerinə düşür.

Birinci xanım və portretin tamamı

Azərbaycan cəmiyyəti tarixən radikalizmi deyil tədriciliyi, inqilabı deyil təkamülü üstün tutduğu kimi, bazar iqtisadiyyatının da daha yumşaq formasını – sosial bazar modelini tərcih edir. Frayburq məktəbində ötən əsrin 30-cu illərində yaradılmış sosial bazar modeli sonralar Almaniyanın iqtisadiyyat naziri olmuş Ludviq Erhardın təşəbbüsü ilə müzakirələrə çıxarılmış və Almaniyada iqtisadi düzən kimi qəbul edilmişdir. Azərbaycanın inkişaf etməkdə olan dünya ölkələri arasında 3-cü ən inklüziv cəmiyyət qurması göstərir ki, ölkəmizdə iqtisadi azadlıq və sosial cavabdehlik bir-birinə uğurla bağlanıb. Prezident İlham Əliyevin yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsinə oynadığı rolun böyük əhəmiyyəti var. Azərbaycanın sosial bazar modeli quruculuğunda bu tandem mühüm əhəmiyyət kəsb edir. Bu gün Mehriban Əliyevanın “softpower”dən istifadə edərək Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq məkanı və tolerantlıq nümunəsi kimi təqdim etməsi Prezident İlham Əliyevin lider portretini uğurla tamamlayır.

 

Vüsal Qasımlı

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib