İDMAN


“İlhamlı Qələbələr” adlı idman festivalının minifutbol turniri başa çatıb

Bakı, 30 noyabr, AZƏRTAC

“BrendSport.az” saytının layihəsi olan və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə keçirilən 44 günlük Vətən müharibəsinə həsr olunmuş “İlhamlı Qələbələr” adlı idman festivalı artıq başa çatıb.

AZƏRTAC xəbər verir ki, bu gün keçirilən son oyunlarla turnirə yekun vurulub. İlk oyunda üçüncü yerin qalibini müəyyənləşdirmək üçün “AzTV” və “İdman Azərbaycan” kanallarının birgə komandası ilə incəsənət nümayəndələrini təmsil edən komandalar görüşdülər və oyun 7:3 hesabı ilə şou-biznes komandasının qələbəsi ilə yekunlaşıb.

Final oyunu isə daha gərgin keçib. Azərbaycan Güləş Federasiyasının (AGF) Olimpiya, Dünya və Avropa çempionlarından ibarət komandası ilə “Azərbaycan” nəşriyyatının və “BrendSport.az” saytının birgə komandası qarşılaşıb. İlk hissədə daha yaxşı oyun sərgiləyən nəşriyyatçılar iki top vuraraq hissəni öz xeyirlərinə yekunladırıb. İkinci hissə başlayan kimi isə idmançılar bir qol vuraraq oyunu daha da maraqlı edib. Oyunun sonları, demək olar ki, çempionların hücumları ilə keçsə də, qol vurmaq mümkün olmadı və yekunda nəşriyyatçılar 2:1 hesabı ilə qələbə qazanaraq turnirin çempionu olublar.

Reqlamentinə əsasən, AGF-nin Olimpiya, Dünya və Avropa çempionlarından ibarət komandası turnirə rəmzi olaraq qatıldıqları üçün ikinci yerə incəsənət nümayəndələrini təmsil edən komanda, üçüncü yerə isə “AzTV” və “İdman Azərbaycan” kanallarının birgə komandası layiq görülüb.

Sonda tədbirin bağlanış və qaliblərin təltifolunma mərasimi keçirilib. “İlhamlı Qələbələr” adlı layihənin Təşkilat komitəsinin üzvü Fidan Oruc Əliyeva çıxış edərək qalibləri təbrik edib və şəxsi həyatlarında uğurlar arzulayıb.

Qeyd edək ki, bağlanış mərasimdə AFFA-nın nümayəndəsi kimi Orxan Mikayıllı iştirak edirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.