İDMAN


“İlhamlı qələbələr” adlı idman festivalı çərçivəsində futbol turniri keçiriləcək

Bakı, 8 oktyabr, AZƏRTAC

44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfərə həsr edilmiş “İlhamlı qələbələr” adlı idman festivalı çərçivəsində futbol turniri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, turnir oktyabrın 25-də təşkil ediləcək. Turnirdə qalib olan komandalara diplomlar, hədiyyələr və fəxri fərmanlar təqdim olunacaq. Çempion komandaya keçici kubok veriləcək.

Qeyd edək ki, festival çərçivəsində ilk yarış - jurnalistlər və tanınmış ictimaiyyət nümayəndələri arasında velosiped idman növü üzrə “Zəfər kuboku” turniri olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.